Bakı Şəhəri üzrə Təhsil İdarəsi iki rayonda səyyar qəbul keçirəcək - ÜNVANLAR

img

29-10-2014 [17:28]


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxtın rayonları üzrə ayrı - ayrı məktəblərdə keçirilən səyyar qəbullar davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, növbəti səyyar qəbullar noyabrın 1 - də Sabunçu və Qaradağ rayonlarında keçiriləcək. Sabunçu rayonu üzrə 71 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula Zabrat, Balaxanı və Ramana qəsəbələrində yerləşən məktəblərin müəllim və valideynləri müraciət edə bilərlər.

Qaradağ rayonu üzrə 106 nömrəli məktəbdə keçiriləcək səyyar qəbula isə Lökbatan, Buta, Qızıldaş qəsəbəsində yerləşən məktəblərin və 33 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin müəllim və valideynləri müraciət edə bilərlər.

Səyyar qəbullar saat 10.00 – da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri BŞTİ-nin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Görüşlər vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədini daşıyır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA