Şeyx Rusiyaya gedir

img

29-10-2014 [17:01]


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına səfərə yola düşür. Bu barədə məlumat Qafqaz Müsəlmanları İdarəsindən verilib. Şeyxülislamın səfəri sabahdan başlayacaq.

Səfərdən məqsəd Nalçik şəhərində keçiriləcək "Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməkdir.

QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.

Konfrans Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin Qafqaz Müsəlmanları İdarəsinin himayəsi ilə keçirilir. Konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA