Sumqayıt şəhərində daha bir ağac genosidi baş verib- FOTO

img

29-10-2014 [14:47]


Artıq neçənci hadisədir ki, kimlərsə tərəfindən gecə saatlarında ağaclar kəsilir.

Bu cür hadisələrdən biri- bu gün Sumqayıtın 42-ci məhəllə, 4 saylı binanın arxasında baş verib. Şikayətçilərin sözlərinə görə, gecə saatlarında naməlum şəxslər ağacları kəsərək ərazidən uzaqlaşıblar. XeberLent.azinformasiya agentliyi olaraq yollandıq hadisə yerinə. Gördüklərimiz şikayətçilərin haqlı olmasını göstərdi. Adıçəkilən ərazidə altı dənə ağacın kəsilərək harasa aparılıdığına şahid olduq.
Lakin müsbət hal ondan ibarət idi ki, hadisə yerində Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin rəhbəri İlyas Həsənov və işçiləri yeni ağaclar gətirərək, kəsilən ağacların yerinə əkirdilər. Yaşıllaşdırma İdarəsindən başqa, əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da gəlmişdilər. Onlar da öz qeydlərini apararaq nazirliyə məruzə edəcəklərini bildirdilər.

Onu da qeyd edək ki, Sumqayıt şəhərində ağacların kütləvi şəkildə kəsilməsinin mediada dəfələrlə işıqlandırılmasına baxmayaraq, bu artıq adət halın almaq üzəridir. Bu məhvedici adətin qarşısı alınmır.

P.S Məsələni nəzarətdə saxlayırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA