“Tərəqqi” medalı sahiblərinə paylandı

img

29-10-2014 [14:17]


Prezident İlham Əliyevin 2014-cü il 18 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə Energetika Nazirliyinin bir qrup əməkdaşı "Tərəqqi” medalı ilə təltif edilib. Bu münasibətlə nazirlikdə mükafatların təqdim olunmasına həsr olunmuş mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, energetika naziri Natiq Əliyev təltif olunan əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatların ölkə iqtisadiyyatının sürətli inkişafına yol açdığını deyən nazir energetiklərin onlara göstərilən etimadı bundan sonra da layiqincə doğruldacağına və nailiyyətlərin davamlı olacağına əminliyini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA