Nərimanov İcra Hakimiyyətində Zəngilanın işğal günü anıldı

img

29-10-2014 [13:34]


Bu gün Nərimanov rayon İcra Hakimiyyətinin binasında Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Nərimanov rayon Gənclər və İdman İdarəsi ilə birgə Zəngilan rayonunun erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 21-ci ildönümü münasibətilə dəyirmi masa keçirib.

Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə açılıb.

Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Zəngilan rayonunun zəbt olunmasını erməni silahlı qüvvələrinin işğalçı siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Tarixçi alim Ramazan Hüseynov Zəngilanın tarixi, mədəniyyət abidələri işğala qədər və işğaldan sonrakı vəziyyəti baradə məruzə ilə çıxış edib. O, Zəngilanın 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunduğunu, rayonun işğal olunmazdan qabaq eməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alındığını və on minlərlə insanın qırılmaq təhlüksi il üz-üzə qaldığını bildirib. Araz çayını keçən zaman çoxlu sayda insanın boğularaq öldüyünü qeyd edib. Sahəsi 707 km2olan, əhalisi 37,4 min nəfərdən çox olan Zəngilan sakinlərinin respublikanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşadığı qeyd edilib.
Turizm İnstitunun tələbə gənclər təşkilatının sədri Ağamir Ağamirov Azərbaycan gənclərinin işğal olmuş torpaqlarımızın azad olunması üçün bütün sahələrdə fəal olmağının vacibliyini bildirib.
Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov gəncləri mübariz, vətənpərvər olmağa, hər an silaha sarılıb işğal olunmuş torpaqlarımızın azad olunması üçün hazır olmağa səsləyib.
Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının getdikcə daha da gücləndiyini, şəxsi heyətin hərbi-vətənpərvərlik ruhunun və döyüş qabliyyətinin yüksək olduğunu və işğal olunmuş torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu vurğulayıb.

Tədbirin yekununda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin Qarabağ münaqişəsinin həllində tutduqları ədalətsiz mövqedən, Azərbaycana qarşı ikili standartların yürüdülməsindən danışıb.
V.Qədirov Azərbaycan və Ermənistan prezidentlərinin Fransada gürüşdüyü vaxtda kəlbəcərli girovlara Xankəndində qondarma məhkəmənin qurulmasını ermənilərin təcavüzkar siyasətdən əl çəkməmələrinin bariz nümunəsi olduğunu bildirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA