Əli Abbasov vətəndaşları qəbul edəcək, pulsuz maşınlar da ayrılıb

img

28-10-2014 [21:19]


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun oktyabr ayının 31-i saat 11:00-da Qobustan rayonunda (Qobustan, Ağsu, Şamaxı, Abşeron) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşlarla görüşü  planlaşdırılır.
 
 Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mətbuat Xidməti
ndən verilən məlumata görə, vətəndaşlar "mincom@mincom.gov.az" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb, nazirin qəbuluna yazıla bilərlər: "Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar,  zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Qobustan rayonunda 245-01-19
Ağsu rayonunda 226-44-99
Şamaxı rayonunda 265-39-34
Abşeron rayonunda 341-04-99

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA