Rüstəm İbrahimbəyov: “Azərbaycana qayıtmayacam...”

img

28-10-2014 [15:56]


"Hazırda kinorejissor kimi öz işimlə məşğulam. Heç vaxt siyasətlə məşğul olmamışam".

"MİA" xəbər verir ki, bunu APA-ya açıqlamasında kinorejissor Rüstəm İbrahimbəyov deyib. R.İbrahimbəyov bildirib ki, sadəcə, bir vətəndaş kimi öz fikirlərini bölüşüb: "Yalnız bir dəfə vəziyyət belə yaranıb ki, prezidentliyə namizədliyimi irəli sürməyə məcbur olmuşam. Bundan əvvəl və bundan sonra da heç vaxt siyasətlə məşğul olmamışam”.

O, bununla belə Milli Şuranın fəxri sədri kimi qaldığını da deyib.

R. İbrahimbəyov hələlik Azərbaycana qayıtmayacağını da bildirib: "İndi Moskvada aeroportdayam, işlərimlə əlaqədar ABŞ-a gedirəm”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA