28-10-2014 [14:51]
Babəkin nə kafir, nə də dindar olması haqda əlimizdə obyektiv faktlar yoxdur. Baxmayaraq ki, Babəkbarədə kifayət qədər mənbələr var. Babək barədə gələn bir neçə mənbəni araşdırsam da, onun kafir olması barədə tutarlı, məntiqli dəlil tapa bilmədim. Düzdür, Babək barədə gələn mənbələrdə qeyd edilir ki, Babək kafir olub. Lakin həmin mənbələrin sahibləri demək olar ki, hamısı qərəzli abbasilər tarixçiləri idi. Babək də işğalçı abbasilərə qarşı vuruşduğu üçün həmin xilafətin tarixçiləri tərəfindən kafir kimi qələmə verilməli idi. (Necə ki Osmanlı dövründə Səfəvilər, hazırkı dövrdə Səudiyyə Ərəbistanı düşünür ki, indiki İran və Azərbaycan , İraqın bir hissəsi şiə olduqları üçün kafirdir.) Abbasi mənbələri yazır ki, Babək İslam işğalına qarşı vuruşub. Əslində, Babəkə qədər 150 ildən çox idi ki, Azərbaycanda İslam qəbul edilmişdi. Cənubi və Şimali Azərbaycanda Əhli-beyt məsumlarının, nümayəndələrinin qəbirləri bunu sübut edir ki, o vaxtı Əhli-beyt (ə) düşmənləri olan abbasilər tərəfindən incidilən Peyğəmbər (s) nəsli indiki İran və Azərbaycan ərazisinə pənah gətirirmişlər. İmam Museyi Kazimin (ə) övladları, o cümlədən Babək dövründə Bakıya pənah gətirmiş Həkimə xanım (Bibiheybət), Gəncə və Bərdədəki imamzadələr onu göstərir ki, Babək dövründə Azərbaycan İslamı qəbul edibmiş.
Nizamimülk "Siyasətnamə” əsərində abbasi tarixçilərinə istinadən qeyd edir ki, MöhtəsimBabəki məhv etməsəydi, halal harama qarışmışdı.Lakin Nizamimülk əsərində Möhtəsimin bir məclisdə şərab içib, sonra 3 ayrı qapıdan 3 otağa girməsi və sonradan özünün dediyi kimi, 3 qızın – Rum İmperatoru, Mazyar və Babəkin qızlarının bəkarətini pozması və bunu qonağına deməsi onu göstərir ki, mənbələr bizəMöhtəsimin kim olması haqda əl yeri qoyublar. İstənilən tədqiqatçı sual verə bilər ki, Möhtəsim özü pis işlərdən çıxırdısa, o Babəklə hansı halal-haram müharibəsi apara bilərdi.
İkincisi, mənbələrə görə, Babək 200 000 - 1 000 000 sayında ərəb işğalçısı qırıb.Yaxşı, sərkərdə Babəkin ətrafında bir milyona yaxın kafir var idi? Axı qeyd etdik ki, Azərbaycan ərazisi həmin dövrdə bir əsrdən çox idi ki, İslami qəbul etmişdi.
Üçüncüsü, Babək abbasilərin 5 böyük ordusunu məhv etmişdi. Tarixçilər bildirir ki, həmin orduların hər biri dünyanı tutmağa qadir idi. Bəs necə olur ki, "pozğun əqidəli” Babək (əlbəttə, bəzi tarixçilər Babəki və ətrafındakıları pozğun adlandırır) həmin möhtəşəm orduya qarşı nizamlı bir ordu qura bilir?
Sonda isə qeyd edək ki, sözügedən məsələ barədə gələn mənbələrin hamısı qərəzli abbasi tarixçiləri olduğu üçün Babək barədə fikirlər ziddiyyətlidir. Necə deyərlər, tarixi iqtidarlar yazır. Abbasilər dövləti də 500 il hakimiyyətdə olduqları üçün təbiidir ki, öz düşmənlərini kafir kimi qələmə verməlidirlər.
Vüsal Hətəmov (AMEA-nın dissertantı, şərqşünas)
İslam.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi