28-10-2014 [14:50]
Müharibənin uzanması Suriyada qəddarlıq və amansız qətllərin sayının artması və müharibənin daha da amansızlaşmasına səbəb olur
Oktyabrın 15-də Suriyada hücumlar təşkil edərək adlarını tanıdan "ağ kəfənlilər” silahlı qrupu Mosulda İŞİD komandirlərindən olan Əbu Hüzeyfənin evinə hücum edərək onun özünü və 17 mühafizəçisini qətlə yetirib. Hücum 5 dəqiqə davam edib və qruplaşma üzvləri qaçıb.Gələn məlumatlara görə, hadisədən sonra İŞİD yaraqlıları Əbu Huzeyfənin evinin yerləşdiyi Baasi məhəlləsini tamamilə mühasirəyə alaraq bütün evləri axtarmağa başlayıblar.
Qeyd edək ki, "ağ kəfənilər” silahlı qrupunun adı ilk dəfə Amerika hesabatlarında qorxulu terror təşkilatı kimi keçib. Həmin məlumatda qeyd olunurdu ki, "əl-Qaidə”yə bağlı olan "Xorasan” qrupu İŞİD-dən daha təhlükəlidir. Daha sonra isə Suriyada məhz "ağ kəfənlilər” adı yayıldı. Suriyanın Deyr əz-Zor şəhərinə tabe olan Əbu Kamal qəsəbəsində bir neçə qruplaşmanın birləşməsindən yaradılan "ağ kəfənlilər” dəstəsi özlərini həm də "Əbu Kamalın xalq müqaviməti” qrupu adlandırır.
Oktyabrın 15-də "ağ kəfənlilər” qəfil hücumlar həyata keçirərək 100-ə yaxın İŞİD üzvünü yaxalayaraq başını kəsib
Qruplaşma bəyan edib ki, əsas məqsədləri İŞİD-i cəzalandırmaq, qruplaşma üzvlərini yaxalayaraq başını kəsməkdir. Oktyabrın 15-də "ağ kəfənlilər” qəfil hücumlar həyata keçirərək 100-ə yaxın İŞİD üzvünü yaxalayaraq başını kəsib. O da bildirilir ki, qruplaşmanın 300 nəfərdən ibarət üzvünün olduğu bildirilir. Ərəb mətbuatının yazdığına görə, "ağ kəfənlilər” 3 qruplaşmanın – Əsilzadələr və İnkişaf Cəbhəsi, Qadisiyyə Briqadası və Mücahid Ömər Muxtar qruplaşmasının birliyindən yaranıb. Gizli fəaliyyət göstərən qruplaşma İŞİD üzvlərini taparaq qəfil yaxalayıb edam edir.
Qruplaşmanın əsas hədəfi İŞİD-çilər arasında qorxu yaratmaq, Suriya ərazisində İŞİD-ə qoşulmaq istəyənlər arasında xof yaradıb onları bu qruplaşmaya qoşulmaqdan çəkindirməkdir
O da məlum olub ki, qruplaşmanın əsas hədəfi İŞİD-çilər arasında qorxu yaratmaq, Suriya ərazisində İŞİD-ə qoşulmaq istəyənlər arasında xof yaradıb onları bu qruplaşmaya qoşulmaqdan çəkindirməkdir. "Ağ kəfənlilər”in Əbu Aboud ləqəbli lideri bəyan edib ki, Suriyada günahsız insanların ölümündən əsas cavabdeh İŞİD-dir.
İŞİD-in metodu kimi gündəmə gələn baş kəsmə və digər qəddar edam səhnələri artıq Suriyada bütün silahlı qrupların əl atdığı və ya adi baxdığıhərəkətdir
Qeyd edək ki, 3 il yarımdır daxili müharibənin davam etdiyi Suriyada onlarla silahlı qruplar yaradılıb. Bu qrupların bir çoxu sonradan "ən-Nusra” və digər islamçı qruplarla birləşsə də, çoxlu sayda nəzartdən çıxmış silahlı qruplar hələ də qalır. Bu qrupların ən böyükləri "ən-Nusra”, "Liva və Tövhid” və digərlərinin də olduğu 13 silahlı qruplaşma Suriya Milli Koalisiyasından ayrılaraq "İslam Cəbhəsi”ni yaradıb. Bundan başqa tərkibində 80-ə yaxın qruplaşma olan və ümumilikdə 20 min üzvü olan "Əhrar əş-Şam” qruplaşması, Azad Suriya Ordusu və nəhayət, İŞİD Suriyadakı ən böyük silahlı qruplaşmalar hesab olunur. Bu qrupların bir çoxu öz aralarında və ya İŞİD-ə qarşı savaşır. Xüsusən də bu il yanvarında islamçı qruplaşmalarla İŞİD arasında Suriyanın şimal ərazilərinə nəzarət uğurunda müharibə başladıqdan sonra vəziyyət daha da qarışıq olub. Bu mənada az qala hər həftə meydana çıxan yeni qruplar və silahlı birliklər, əslində, təəccüb doğurmamalıdır. Daha təhlükəli görünən bu cür silahlı dəstələrin günü gündən radikal metodlara əl atması, amansız üsullurla mübarizə aparmasının müşahidə olunmasıdır. Daha əvvəl İŞİD-in metodu kimi gündəmə gələn baş kəsmə və digər qəddar edam səhnələri artıq Suriyada bütün silahlı qrupların əl atdığı və ya adi baxdığı hərəkətdir. Suriyada qəddarlıq getdikcə daha da adiləşir. Bu isə amansız, uzun sürən müharibənin gətirəcəyi dəhşətlərin xəbərçisidir. Qorxulu olan isə budur.
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi
Birlik.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi