Ali Məhkəmənin hakimi haqda qərar verildi

img

28-10-2014 [14:11]


Milli Məclis Əli Rüstəmovun Ali Məhkəmənin hakimi kimi səlahiyyət müddətinin uzadılması haqda qərar verib.

Bununla yanaşı, Milli Məclis "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə məsələyə də baxıb.

Azərbaycan-Bosniya-Hersoqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Gülçöhrə Məmmədova təyin edilib.

Qeyd edək ki, bundan əvvəl keçmiş deputat Mübariz Qurbanlı sözügedən işçi qrupunun rəhbəri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA