27-10-2014 [16:47]
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı keçirilib. Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Gənclər vəidman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib.
Universitetdən Mia.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan
universitetin rektoru, professor Ədalət Muradov bildirib ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq
edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində müvafiq
ixtisaslar üzrə hazırlıq aparan gənclər üçün biznes-inkubatorların
yaradılmasına xüsusi yer verilib və bu, tədbirlər planında özəksini tapıb:
"ADİU-da innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir. ADİU ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq İBİ-nin fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdətutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub”.
Artıq tələbələrin ideyalarının reallaşdırılması məqsədilə 4 startap fəaliyyətə başladığını bildirən rektor, gələcəkdə startapların sayının dəfələrlə artacağını vurğulayıb. Rektor "ADİU-da yüksək keyfiyyətli, əmək bazarının tələblərinə cavab verən şəxsiyyət və səriştəyönümlü kadr hazırlığının təmin edilməsi üçün bütün gücümüzü səfərbər edəcəyik” deyə əlavə edib.
Sonra çıxış edən Təhsil naziri Mikayıl Cabbarov təhsildəki inkişafdan söz açıb. İlk dəfəADİU-da yaradılmış İnnovativ Biznes-İnkubatoru haqda danışan nazir vurğulayıb ki, belə bir layihənin İqtisad Universitetində yaradılması təsadüfi deyil. "Çünki bura iqtisadi təfəkkürü, iqtisadi elmi, gələcəyin iqtisadçı və sahibkarlarını yetişdirən təhsil ocağıdır. Layihə həmçinin tələbələrin asudə vaxtlarının təhsil aldıqları ixtisaslarına uyğun keçirilməsi, iş təcrübəsi əldə edilməsi və maddi rifahlarının yaxşılaşdırılması baxımından zamanın tələblərinə uyğundur. İBİ tələbələrin müştəri iləünsiyyətdə olmaq və nəzəri biliklərini bazar iqtisadiyyatına tətbiq etmək baxımından səmərəli olacaq. Hesab edirəm ki, İBİ-dən digər ali təhsil müəssilərində təhsil alan tələbələr dəyararlanacaqlar”.
Daha sonra çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov İnnovativ Biznes-İnkubatorunun gələcək perspektivlərindən danışıb: "İnnovativ Biznes-İnkubatoru əmək bazarının tələblərinə cavab verən kadrların hazırlanmasına xidmət edəcək, onların sahibkarlıq və biznes bacarıqlarına yiyələnməsinə dəstək olacaq. Ali təhsil müəssisələrində belə layihələrin həyat keçirilməsi təqdirəlayiqdir. Eyni zamanda bu layihə gənclərin sahibkarlıq fəaliyyətlərinin önəçıxmasına kömək edəcək”.
Sonra ADİU-nun İnnovativ Biznes-İnkubatorunun direktoru Mircavid Həsənov
çıxış edərək layihənin məqsəd və vəzifələri haqda qonaqlara ətraflı məlumat
verib. Bildirib ki, İnnovativ Biznes
İnkubator "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində və"Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq
yaradılıb. "İBİəsasən Startaplar, Təlim mərkəzi, Biznes klinik və kovorkinq
istiqamətləri üzrə fəaliyyət göstərir. İBİ-nin məqsədi ilk növbədə "Azərbaycan
Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı”nı icra etmək, ADIU-nun
professor-müəllim heyətini təhsil, elmi-innovativ layihələrə cəlb etmək,
ölkədəgənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara
öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi
göstərməkdən ibarətdir.
Sonra İBİ startaplarının -
"Peşəkar mühasibat” mərkəzi, "LingvOmondo” tərcümə mərkəzi, "Perfect
Pictures” videoreklam studiyası, "UniWeb" veb dizayn studiyasının təqdimatı
olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi