Dəfn qaydaları ilə bağlı dəyişiklik olacaq - Rəsmi

img

27-10-2014 [16:05]


"Ölkədə özəl və bələdiyyə qəbiristanlıqlarının yaradılması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müvafiq sənəd hazırlanır”.

Bunu lent.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. Millət vəkili bildirib ki, bununla bağlı ya qanun qəbul olunacaq, ya da Nazirlər Kabineti qərar verəcək. "Həmin sənədlə qəbiristanlıqların formaları, dəfn qaydaları və s. məsələlər müəyyənləşdiriləcək. Ola bilsin ki, ilin sonuna qədər bununla bağlı Nazirlər Kabineti qərar versin".

M. Quliyevin sözlərinə görə, qəbiristanlıqlarla bağlı hazırlanan sənəddə imkansız ailələrin dəfninin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapacaq. "Ola bilsin ki, özəl qəbiristanlıqlar özləri dəfn xidmətləri təklif etsin”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA