İcra başçısı "Azərsu" ASC-nin maşını ilə vətəndaşa zərər vurdurdu - "Ölsəm, günahkar başçıdır!"

img

27-10-2014 [11:34]


"Mətbuatda çıxış etdiyimə görə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin evimə göndərdiyi polis əməkdaşları mənə hədə-qorxu gəlib”. 

Zərdab rayonunun Çallı kəndi sakini Zamanov Sovqat Nadir oğlunun  yenidən ünvanladığı müraciətində belə deyilir.

Şikayətci yazıb ki, evinə gələn polislər S.Zamanovdan Zərdab Rayon Çallı bələdiyyəsinin verdiyi arayışı istəyib: "Həmin arayışda hasar çəkdirdiyim torpağın mənə məxsus olduğu qeyd edilib ki, bu sənəd Lütvəli Babayevin hasarımın qanunsuz sökdürdüyünü təsdiq edir. Mən isə bələdiyyənin arayışını polislərə vermədim. Mənə icra başçısının ismarışını çatdırdılar ki, elə etməsin ki, nəinki, torpağına, hətta evinə, ailəsinə həsrət qalacaq. Mənası isə budur ki, məni də şərlətdirib həbs etdirəcək. İcra başçısı Lütvəli Babayev belə işlərdə artıq peşəkarlaşıb. Bildirim ki, qanuni torpağımda çəkdirdiyim 50 metr uzunluğunda hasarımı icra başçısı Lütvəli Babayev öz sürücüsünün qardaşı oğlu Səfaralı Səfaralıyevin idarə etdiyi və "Azərsu"ya məxsus 63-T-445 nömrəli ekskavatorla sökdürərək yerlə-yeksan etdirib. Mən bu qanunsuzluq faktı ilə əlaqədar başda Prezident olmaqla bütün aidiyyatı orqanlara , o cümlədən "Azərsu"nun prezidenti Qorxmaz Hüseynova da ərizə ilə müraciət etmişəm. 

"Azərsu"ya məxsus ekskavator hansı qanuna əsasən bu cinayət əməlinə cəlb edilib? Mən bu sualın cavabını Qorxmaz Hüseynovdan gözləyirəm.Artıq 3 gündür ki, stresdən xəstələnib Bakı şəhərində müalıcə olunuram. Özümü çox pis hiss edirəm, əgər ölərəmsə, bunun səbəbkarı icra başçısı Lütvəli Babayev olacaq”(AzNews.az).

Onu da qeyd edək ki, bu şikayətçi az öncə Mia.az-a da məktub göndərib, icra başçısının müavinin 3 min manat rüşvət istədiyini, amma verə bilmədiyi üçün hasarının söküldüyünü idda etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA