İcra başçısı motosiklet alarkən "yaxalandı" - FOTOLAR

img

27-10-2014 [11:16]


Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq millət vəkili Əhəd Abıyev motosiklet axtarışına çıxıb. 


Mia.az xəbər verir ki, Avtosfer.az-ın əməkdaşı bir neçə gün öncə icra başçısının fotolarını Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki «Suzuki» motosiklet mağazasında çəkib. Əhəd Abıyev müxtəlif modelli motosikletlərlə maraqlanıb.


Qeyd edək ki, həmin salonda satılan motosikletlərin dəyəri 5 min manatdan yuxarıdır.


Əməkdaşımızla söhbəti zamanı Əhəd Abıyev bildirib ki, motosiklet almayıb. Amma almaq fikrindədir: «Daşkəsəndə dağlara maşınla qalxmaq olmur. Rayonda gedən abadlıq-quruculuq işlərinə nəzarət etmək üçün çox yerə özüm gedib baş çəkirəm. Elə yer var ki, ora maşınla çıxmaq heç cür mümkün deyil. Ona görə də, maraqlanıram görüm, bu motosikletlərdən hansısısa bizim işimizə yarayırsa, onu alım. Dörd təkəri olanlar xoşuma gəldi. Baxaq görək, hansını alaq ki, işimizə yarasın».

 

.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA