Səttar Mehbalıyevlə Aslan İsmayılovun davası qızışır - MƏHKƏMƏ

img

27-10-2014 [10:57]



Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası və bu qurumun tabeliyində olan "Şıx” sanatoriyasının vəkil Aslan İsmayılovla yanaşı, bir neçə fiziki şəxsə qarşı iddiası üzrə yeni məhkəmə davasına start verilib.

Bu barədə Mia.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası bir neçə ildir vəkil Aslan İsmayılovun və qeyrilərinin qurumun balansında olan ərazini zəbt etməkdə ittiham edir. Lakin qarşı tərəf əlində olan sənədlərə əsaslanaraq, bu iddianın həqiqəti əks etdirmədiyini deyir: «Artıq bu iddia ilə bağlı birinci məhkəmə instansiyasında, yəni Səbail rayon Məhkəməsində işə baxılıb. Ərazi mübahisəsi hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə araşdırılır».

Məlumata görə, konfederasiyanın vəkilin və qeyrilərinin əlində olan sənədlərin etibarsız hesab edilməsindən bəhs edən şikayəti üzrə məhkəmə prosesi  oktyabrın 30-da davam etdiriləcək.

Onu da qeyd edək ki Konfederasiyanın sədri Səttar Mehbalıyev və "Şıx” sanatoriyasının rəhbərliyi vəkili və onunla birgə məhkəməyə cəlb edilənləri 3,15 hektarlıq ərazini özbaşına zəbt etməkdə ittiham edirlər. İddiada o da vurğulanıb ki, vəkil həmin ərazidə 3 mərtəbəli ev tikdirib. Aslan İsmayılovsa mübahisəli ərazidə cəmi 2 sot torpaq sahəsinə sahib olduğunu və bu ərazinin də vaxtı ilə kupçasını qanuni yollarla aldığını deyərək, Səttar Mehbalıyevin bu məsələdə əslində, başqa məqsədlər güddüyünü iddia edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA