Nazirlik neçə uşağa xidmət göstərib? - Rəsmi

img

27-10-2014 [10:45]


Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Uşaq Bərpa Mərkəzində 2 min 199 nəfər, Naxçıvan Uşaq Bərpa Mərkəzində isə 250 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa stasionar və ambulator qaydada bərpa-müalicə xidməti göstərilib. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, qeyd olunan müddətdə 85 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq (valideynləri ilə birlikdə) Latviya Respublikasına bərpa-müalicəsinə göndərilib. Beləliklə, bu ilin ötən dövründə ölkəmizdə ƏƏSMN tərəfindən ümumilikdə 2534 nəfər uşaq bərpa-müalicə xidməti ilə təmin edilib.

Qeyd edək ki, Bakı və Naxçıvan şəhərlərindəki uşaq bərpa mərkəzlərində stasionar şəraitdə bərpa-müalicə prosedurlarına cəlb olunan 1022 nəfər uşaqdan artıq 977 nəfəri evə yazılıb. Onların 66-ı tam reabilitasiya olunub, digərlərinin səhhətində yaxşılaşma əlamətləri qeydə alınıb. 

Adıgedən bərpa mərkəzlərində sağlamlıq imkanları məhdud uşaqlar bərpa-müalicə prosedurları ilə təmin edilməklə yanaşı, onların sosial statuslarının bərpası, şəxsiyyətinin korreksiyası, əmək terapiyası məqsədi ilə kompleks işlər aparılır

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA