26-10-2014 [15:49]
Məşhur «91-lər Hərəkatı»nın üzvü, keçmiş deputat, hazırda Binəqədi rayon Ağsaqallar Şurasının sədri Həsən Mirzəyevin kürəkəni haqda maraqlı məlumat yayılıb.
Mia.az yayılan məlumatlara istinadən xəbər verir ki, Həsən Mirzəyevin kürəkəni olan Bakı Şəhər İcra Hakimiyyətinin Maliyyə idarəsinin rəisi Elçin Əliyev Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsində tikdirdiyi 7 mərtəbəli şəxsi iqamətgahı ilə bağlı qonşularına ciddi problemlər yaradıb. Bununla bərabər, idarə rəisinin tikinti qanunvericiliyini kobud şəkildə pozduğu da idda olunur. Bu barədə isə Elçin Əliyevin qonşusu Əli Mahmud oğlu Əkbərov Prezident İlham Əliyev də media vasitəsi ilə şikayət edib.
Mia.az onun qafqaznews.az saytı vasitəsiylə prezident İlham Əliyevə yazdığı şikayət məktubunu təqdim edir:
"Möhtərəm Prezident!
Məlumat üçün
bildirirəm ki, uzun illərdir ki, mən ailə üzvlərimlə birlikdə Bakı şəhəri, Binəqədi
rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 55/57 ünvanında yaşayıram.
Mənim evimə yaxın məsafədə yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə
qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında isə Əliyev Elçin Rəhim oğlu
yaşayırdı. Lakin 2014-cü ildə Əliyev Elçin Rəhim oğlu həmin evi sökdürərək
yerində qanunsuz olaraq qeyri-yaşayış binasının inşasına başlamışdır. Xeyli
müddətdir ki, həmin tikilinin inşası davam edir və tikilinin inşası zamanı
biləvasitə mənim mülkiyyət hüququm və eyni zamanda qonşuluq hüququm pozulur.
Belə ki, Əliyev Elçin Rəhim oğlu həmin qeyri-yaşayış binasını Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq tələblərini pozmaqla mülkiyyət hüququ üzrə mənə məxsus fərdi yaşayış evinə 1 metr ara məsafədə inşa etdirir. O mülki hüquq münasibətlərini tənzimləyən hüquq normalarına, həmçinin digər qanunvericlik aktlarına riayət etmədən, tikinti normaları və qaydalarına əməl etmədən qanunsuz olaraq həmin binanın tikintisinə başlamış və hazırda inşasını davam etdirir. Dəfələrlə bu barədə onunla söhbət aparmışam, gələcəkdə hər hansı bir mülki mübahisənin baş verməməsi üçün qonşuluq prinsipinə uyğun bu məsələnin könüllü şəkildə həll olunmasını ona təklif etmişəm. İlk söhbətimizdən sonra mülkiyyətimdə olan evi satın almaq qərarına gəlmiş, lakin sonradan evi daha ucuz qiymətə məndən almaq üçün aramızda olan razılığı pozmuşdur. Elçin Əliyev elə hesab edirdi ki, inşa etdirdiyi qeyri-yaşayış binası evimə bitişik vəziyyətdə olduğundan evimi ona ucuz qiymətə satmaq məcburiyyətində qalacam. Bu səbəbdən də o aramızda baş tutmuş razılığı məqsədli şəkildə sonradan pozmuşdur.
Cənab Prezident!
Əliyev Elçin Rəhim oğlu Bakı Şəhər İcra Hakimiyyətində Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışır və tikintinin təyinatını nəzərə alsaq həmin qeyri-yaşayış binasını gələcəkdə qazanc əldə etmək məqsədi ilə inşa etdirir. Həmin binanın evimə baxan hissəsində 40 sayda pəncərə vardır. O qazanc əldə etmək məqsədi ilə inşa etdirdiyi binanı istifadəyə verdiyi andan öz mülkiyyətimdən istifadə etmək hüququm tam məhdudlaşdırılacaq. Bununla bərabər həmin binanın yerləşdiyi ərazidə çoxlu sayda eyni layihə əsasında inşa edilmiş fərdi yaşayış evləri mövcuddur. Həmin evlərin cərgəsində yerləşən bu bina ərazinin memarlıq üslubuna uyğunluğunu tamamilə pozur. Bundan başqa qeyri-yaşayış binasını gələcəkdə təbiİ qaz təchizatı ilə təmin edəcək xətlər yer altı aparılmışdır. Bu da bir başa real təhlükənin baş verməsinə səbəb ola biləcək əsas amillərdən biridir. Digər tərəfdən həmin qeyri-yaşayış binasının su təchizatını təmin edəcək su anbarı Nəsimi metro stansiyasının üst hissəsində tikilmiş, həmçinin həmin bina Bakı şəhəri kanalizasiya kollektorunun üstündə inşa olunmuşdur. Bu da sözsüz ki, öz-özlüyündə təhlükəli amillərdən biri hesab olunur.
Bununla bərabər qeyri-yaşayış binasının evimə yaxın məsafədə tikilməsi təhlükəsizlik baxımından qanuna tam ziddir. Çünki istər yaşayış, istərsə də qeyri-yaşayış binalarında hər an yangın təhlükəsinin baş verməsi qaçılmazdır. Lakin həmin bina ilə evimin ara məsafəsi baş verə biləcək yangın təhlükəsinin qarşısını almaq üçün yanğın söndürən maşınların girişi və hərəkəti üçün tam əlverişsizdir. Belə olan halda gələcəkdə yanğın təhlükəsi baş verə biləcəyi zamanı həmin təhlükənin qarşısının alınması üçün müəyyən şəraitin mövcud olmaması real təhlükənin baş verməsinə yol açır. Bundan başqa qeyri-yaşayış binası evimə düşən günəş şüasının qarşısını alır və bu da gələcəkdə evimin rütubətli olmasına gətirib çıxara bilər. Sözsüz ki, rütubətli evdə yaşamaq insan sağlamlığına ciddi ziyandır. Lakin göründüyü kimi bu vəziyyət və eyni zamanda gələckdə yarana biləcək hər hansı bir xoşagəlməz hadisə qətiyyən Elçin Əliyevi maraqlandırmır. Onu yalnız gələcəkdə qeyri-yaşayış binasından əldə edəcəyi gəlir düşündürür. Bütün bu qeyd olunanlara baxmayaraq bir Azərbaycan vətəndaşı kimi ümidim Sizədir.
Cənab Prezident!
Qeyd etdiklərimi nəzərə alaraq, Əliyev Elçin Rəhim oğlu tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 55 ünvanında qanunsuz inşa edilən qeyri-yaşayış binasının inşasının dayandırılması və eyni zamanda, mövcud tikilinin sökülməsi barədə aidiyyəti qurumlara göstəriş verməyinizi Sizdən xahiş edirəm».
Mia.az onu da xəbər verir ki, Elçin Əliyevin yeni iqamətgahı hansı məqsədlə tikdirməsi haqda da olduqca ilginc iddialar yayılıb. Hətta bu məsələdə onun deputat Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımovun (Elçin Əliyevlə Kazımovların qohumluq əlaqələrinin olduğu da bildirilir – Mia.az) rəhbəri olduğu İpoteka Fondu ilə şübhəli işbirliyi haqda da maraqlı xəbərlər var.
Yazıda adları hallanan şəxslərin mövqeyini də dinləməyə hazırıq.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi