Nazir Ramil Usubovdan yeni təyinat, Gəncənin sabiq rəisinə yeni vəzifə verildi

img

26-10-2014 [11:23]


Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə yeni rəis göndərib. 
 
Nazirin dünən imzaladığı əmri ilə bu vəzifəyə polis mayoru Rafiq Məmmədov təyin edilib.
 
Rafiq Məmmədov açıqlamasında xəbəri təsdiq edib. O bildirib ki, 2012-ci fevralından 2013-cü il martın sonunadək Gəncə Şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi vəzifəsində işləyib. 2013-cü ilin martından isə Bakı Şəhər BPİ-nin Dövlət Yol Polisi İdarəsində çalışıb.
 
Qeyd edək ki, Xəzər Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinə bundan əvvəl Sabir Həsənov rəhbərlik edib. O, sentyabr ayının 18-də işdən azad edilərək, təqaüdə göndərilib(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA