Misir Mərdanovun qardaşı əməliyyat keçirdi: həbs olunanlar var

img

25-10-2014 [14:23]


Şabran polisi ötən gecə daha bir əməliyyat keçirib.

Narkotiklərlə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatda bir nəfər həbs olunub. Məlumatda deyilir ki, narkotik alverçisi olan Şabran sakininin üzərindən bir kiloqram narkotik maddə aşkarlanıb.

Şabran polisi onunla əlbir olan şəxslərin də izinə düşüb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Polisin saxlanan şəxslə əlbir olan daha bir neçə narkotaciri həbs edəcəyi xəbər verilir(axar.az).

Qeyd edək ki, bundan əvvəl də Şabran polisi bir neçə belə əməliyyat həyata keçirib. Həmin rayonun polis rəisi isə sabiq nazir Misir Mərdanovun qardaşı Əli Mərdanovdur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA