24-10-2014 [21:32]
Bu yaxınlarda Ermənistan parlamentinin deputatları 2013-cü il üçün mülk və gəlir haqqında öz deklarasiyalarını təqdim ediblər.
Erməni mətbuatının yaydığı məlumata görə,parlamentdə 19 milyonçu (dollarla götürüldükdə) deputat var. Onlardan 9-u hakim "Respublika” və "Çiçəklənən Ermənistan” partiyalarının üzləri, yalnız bir nəfər (Araik Qriqoryan) isə bitərəfdir.
2013-cü ci ilin yekunlarına görə, erməni deputatlar deklarasiyada ümumilikdə 49,1 milyard dram, 80,7 milyon dollar və 27,1 milyon avro gəlirləri olduğunu göstəriblər. Ermənistan parlamentində ən varlı fraksiya "Çiçəklənənə Ermənistan”dır. Belə ki, onun deputatlarının ümumi gəlirləri 163,6 milyon dollardır. Parlamentdə ən varlı deputata elə həmin fraksiyanın rəhbəri Qarik Çakuryandır. Onun 134,2 milyon dollar gəliri olduğu bildirilir”.
Nədənsə Azərbaycan Parlamentinin üzvlərinin gəlirləri ictimaiyyətə məlum deyil. Deputatlarımız arasında milyonçuların olub-olmaması da bəlli deyil. Buna baxmayaraq mətbuat kluarlarında qeyri-rəsmi olaraq deputatlarımızın gizli saxladıqları biznesləri ilə bağlı müxtəlif məlumatlar yayılır.
Mia.az Azvision.az-a istinadən Milli Məclis üzvlərinin bəzilərinin bizneslərini oxuculara təqdim edir:

Bu günlərdə yaxın qohumunu həbs etdirməsi xəbəri ilə gündəmə gələn deputat Əsabil Qasımov 2010-cu ildə millət vəkili seçilənə qədər "Karat” MMC şirkətinin prezidenti olub.
2006-cı ildə "Karat” MMC-nin də daxil olduğu "Karat Holdinq” yaradılıb. İki il sonra "Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb.
Mətbuatda yer alan məlumata görə, "Karat Holdinq"in tərkibinə - Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən "Premium Market" daxildir.
Rəsmi olaraq adları çəkilən şirkətlər Əsabil Qasımovın adına olmasa da holdinqin onun nəzarəti altında olması şübhəsizdir.

Qardaşı oğlunun qətl törətməsindən sonra deputat Hüseynbala Mirələmovun sahibi olduğu restoranın adı mətbuata məlum oldu. Belə ki, deputatın qardaşı oğlu "1001 gecə” restoranında silahla bir nəfəri öldürüb, bir neçə nəfəri yaralamışdı. Bundan sonra H.Mirələmov mətbuata açıqlamasında həmin restoranın ona məxsus olduğunu təsdiqləmişdi.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Lənkəranın deputatı Hadı Rəcəblinin də fəaliyyəti dövründə özünə yaxşı biznes qurduğu deyilir. Hərçənd ki, deputat bunu inkar etsə də Lənkəranda dəniz kənarında yerləşən möhtəşəm "Palıdlı Sahil” ailəsi istirahət mərkəzinin ona məxsus olması haqda mətbuatda dəfələrlə məlumat yayılıb. Bundan əlavə deputatın Lənkəran və paytaxt Bakıda da bir neçə biznes obyektlərinin olduğu deyilir.

Lənkəranın digər deputatı Rüfət Quliyevin adı biznesmen deputatlar sırasında hallanır . O, "European Tobacco Baku” ASC-nin İdarə Heyətinin sədridir. "European Tobacco Baku” ASC ölkəmizdə tütün məmulatlarının istehsalını yerinə yetirir. "European Tobacco"nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir.

Deputat Cavanşir Feyziyev "AVROMED” şirkətinin təsisçisidir. C.Feyziyev deputat olmaqla yanaşı dərman biznesi ilə məşğul olur. Hazırda "Avromed” bütün dərman bazarını nəzarət edir.

Əhməd Vəliyev deputat olması ilə yanaşı "Odlar Yurdu” Universitetinin rektoru kimi tanınır.
Həmçinin deputatın "Jalə-Biznes” MMC, "Jalə Plaza”, "Muğanbank” ASC və "Oksigen” klinikasına sahiblik etdiyi barədə dəfələrlə mətbuatda yazılar gedib.

Masallının keçmiş icra başçısı Qəzənfər Ağayevlə yaxın münasibətlərə sahib olan deputat Nəriman Əliyevinadı çəkilən rayonda bir sıra iri obyektlər sahibi olduğu deyilir. N.Əliyev Masallıda biznesmen kimi ad çıxarıb.

Milli Məclisin digər üzvü Xanlar Fətiyev deputat olmaqla yanaşı Gəncə Avtomobil Zavodunun direktorudur. Deputatın Gəncə şəhərində bir neçə biznes obyektlərinin olduğu deyilir.

Deputat Malik Həsənov qardaşı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus "Azinko” şirkətini idarə edir.

Millət vəkili Ərəstun Cavadov Mərkəzi Univermağın İdarə Heyətinin sədridir. Deputatın Ağsu rayonunda bir neçə obyekti var.

Kürdəmirin deputatı Fərhad Qəribov bizneslə məşğul olan parlament üzvlərindəndir. Onunla biznesi ilə bağlı mətbuatda dəfələrlə yazılıb. Məlumatlara görə, Bakıda yerləşən "Çıraq Plaza”, "Şəki” restoranlar şəbəkəsi Fərhad Qəribova məxsusdur.
Bundan əlavə deputat "Debütbank”ın rəhbəridir. F.Qəribov həmçinin Bakıda bir neçə obyektin sahibidir.
Bakı Dövlət Universitetinin (BDU) rektoru, deputat Abel Məhərrəmovun adı da bizneslə məşğul olan parlamentarilər sırasındadır. Qeyri-rəsmi məlumatlara görə, Bakıda fəaliyyət göstərən məşhur "Mona Liza” şadlıq sarayının rektor-deputata məxsusdur.

Salyandan seçilən deputat, ehtiyyatda olan general-leytenant Əliağa Hüseynov biznesi olan deputatlardandır. Paytaxtın Həsən bəy Zərdabi prospekti 20-də, metronun "20 Yanvar" stansiyasının yaxınlığında yerləşən "Atlantis" şadlıq sarayı və "Adanalı Hasan Kolcuoğlu” restoranın ona məxsus olduğu bildirilir. Deputat bundan əlavə Salyanda ferması da mövcuddur.

Ölkədə bir sıra məmur və deputatlar bizneslə məşğul olsa da adətən bu işi qohumlarının, yaxınlarının adına sənədləşdirirlər. Deputat Rafael Cəbrayılovun tikinti biznesi ilə məşğul olduğu deyilir. Deputat mətbuata verdiyi müsahibələrində bunu inkar edərək özünün yox, qardaşlarının tikinti şirkətlərinin olduğunu qeyd edib.

Adlarını parlamentdə başqa deputatlar da var ki, biznes fəaliyyəti ilə məşğul olduqları deyilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi