Təhsil nazirindən göstəriş; Bakıda məktəb direktorlarının işi yoxlanılacaq

img

24-10-2014 [16:10]


Bakıda fəaliyyət göstərən orta məktəb direktorlarının və tədris hissə müdirlərinin əmək fəaliyyəti yoxlanılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev Trend-ə bildirib ki, direktor və tədris hissə müdirlərinin fəaliyyətinin qiymətləndirilməsi müəllimlərin sınaq qiymətləndirilməsinin aparılma formasından tamamilə fərqlənəcək: "Onların qiymətləndirilməsi başqa formada, başqa mexanizmlə aparılacaq. Direktorun dərs saatı ola bilər, amma onun əsas işi idarəetmədir, inzibati işdir”.

E.Əliyev qeyd edib ki, hazırda direktor və tədris hissə müdirlərinin qiymətləndirilməsinin mexanizminin hazırlanması istiqamətində müzakirələr aparılır və müvafiq layihə hazırlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA