Vitse-prezident neftçilərə "Fəxri Fərman"ları təqdim etdi - ARDNŞ-də tədbir (FOTO)

img

23-10-2014 [16:20]


Bu gün "Neftçilər günü” peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə Dövlət Neft Şirkətinin Fəxri fərmanı ilə təltif olunmuş bir qrup şəxsin mükafatların təqdim edilməsi mərasimi keçirilib

Mia.az ARDNŞ-ın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan akademik Xoşbəxt Yusifzadə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışmış, qazanılmış nailiyyətlərdə fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. Vitse-prezident Xalik Məmmədov Azərbaycan neftçilərinin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına əminliyini vurğulayaraq, ARDNŞ rəhbərliyi adından təltif olunanları təbrik edib, onlara onlara yeni-yeni əmək nailiyyətləri arzulayıb.
 

Fəxri fərmanla təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildiriblər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA