Səlim Müslümov qəbul keçirəcək, vətəndaşlara maşın ayrılıb

img

23-10-2014 [15:23]


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İsmayıllıda 5 rayonun sakinləri ilə görüşəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məlumata görə, nazii Səlim Müslümov oktyabrın 31-də saat 10:00-da İsmayıllı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.

Vətəndaşlar info@mlspp.gov.az elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (020) 285-12-94 (İsmayıllı rayon ƏSMM), (020) 274-12-21 (Göyçay rayon ƏSMM), (020) 265-33-13 (Şamaxı rayon ƏSMM), (020) 226-47-33 (Ağsu rayon ƏSMM), (020) 245-30-55 (Qobustan rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər. 

Onu da qeyd edək ki, Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyat vasitələrilə İsmayıllı rayonuna aparılıb gətirilmələri təmin ediləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA