23-10-2014 [13:25]
Hər zaman ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil edən Azərbaycanın lider mobil operatoru Azercell Telekom 2014-cü ildə nüfuzlu Stevie Beynəlxalq Biznes Mükafatına (International Business Awards Stevie) layiq görülüb. Şirkət telekommunikasiya sahəsində tətbiq etdiyi yenliklərə və həyata keçirdiyi innovativ layihələrə görə bu mükafatı 3 nominasiya üzrə qazanıb:
* İlin ən yaxşı məhsulu ("Bölgə” tarifinə görə);
* İlin Telekommunikasiya Şirkəti (telekommunikasiya sahəsindəki nailiyyətlərə görə);
* İlin ən yaxşı Müştəri Xidməti.(Müştəri Loyallığı İndeksinin ölçülməsinə dair layihəyə görə).
Mükafatlandırma mərasimi Fransanın paytaxtı Paris şəhərində baş tutub. Azercell-in Korporativ Əlaqələr Şöbəsinin rəhbəri Nigar Şıxlinskaya mükafatı qəbul edərək, şirkətin əldə etdiyi yüksək nailiyyətlərdə bütün əməkdaşların böyük rolu olduğunu vurğulayaraq, Azercell-in fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında mərasım iştirakçılarını məlumatlandırıb.
Xatirladaq ki, dünyanın 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində Azercell Telekom-un regionlarda yaşayan abunəçiləri üçün istifadəyə verdiyi "Bölge” tarifi, "İlin ən yaxşı məhsulu” nominasiyasında qaliblərdən biri olub. Azercell eyni zamanda şəbəkəsini 20% genişləndirilməsi, 4G şəbəkəsinin istifadəyə verilməsi, ölkədə ən sürətli Mobil İnternetin təqdim edilməsi, ən yeni texnologiyaların Azərbaycan bazarında tətbiqi və s. nailiyyətlərinə görə "İlin Telekommunikasiya” şirkəti seçildi. Ən nəhayət, şirkət 3-cü mükafatını "İlin ən yaxşı Müştəri Xidməti” nominasiyası üzrə Müştəri Loyallığı İndeksi olan NPS-in (Net Promoter Score) ölçülməsinə dair sistemin tətbiqinə görə alıb.
"Stevie" mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir. Təsis olunduğu qısa müddət ərzində "Stevie" dünyanın işgüzar aləmində ən mötəbər mükafatlardan birinə çevrilib. İlk dəfə 2002-ci ildə "American Business Awards" mükafatının təqdimatı keçirilib. 2003-cü ildə isə "International Business Awards" təqdim edilib.
Qeyd edək ki, Azercell Telekom 2011-ci ildə Sosial Məsuliyyət layihələrinə görə "İlin İctimaiyyətlə Əlaqələr Şirkəti”, 2012-də isə ətraf mühitin qorunmasına xidmət edən "Karbon Kalkulyator” layihəsinə görə”İlin Kreativ Komandası” nominasıyasında Stevie mükafatına layiq görülmüşdü.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi