22-10-2014 [19:47]
Bakı Ağır Cinayətlər Məhkəməsində Quba dindarları, sələfi təriqətinin üç üzvü - Nizami Nəcəfov, Vəfanur Məmmədov, habelə onun qardaşı Vəfadar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edir.
Dindarlar bu ilin yanvarında MTN-in Qubada keçirdiyi xüsusi əməliyyat zamanı həbs olunublar. Onlar qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı (Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısı olub-red.) oğurlamağa cəhddə ittiham olunurlar.
İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu, II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.
Ana oğlanları Vəfadarla Vəfanurun günahsız olduğunu deyir
2013-cü ilin noyabrında Vəfanur Məmmədov tanışı Nizami Nəcəfovla Mərziyyə Osmanovanı oğurlamaq və onun azad olunması müqabilində yaxın qohumlarından külli miqdarda pul almaq barədə razılığa gəliblər. Həmin pulun qrup üzvləri arasında hansı şəkildə bölüşdürüləcəyinə dair müzakirələr aparılıb.
Nizami Nəcəfovun razılaşmasından sonra Vəfadar Məmmədova sözügedən cinayətdə iştirak etməsi təklif olunub.
Vəkil Fariz Namazlı virtualaz.org saytına açıqlamasında hüquqlarını müdafiə etdiyi Vəfadar Məmmədovun əməlində cinayət tərkibinin olmadığını, bu ittihamların qurama və əsassız olduğunu bildirdi: "İstintaq materiallarına görə, hər üç təqsirləndirilən şəxs guya Mərziyyə Osmanovanın oğurlanması və azad olunması müqabilində yaxın qohumlarından külli miqdarda pul almaq qərarına gəlib.
Lakin onların ifadəsindən görünür ki, Vəfanur Məmmədov və Nizami Nəcəfov bu fikirdən könüllü olaraq imtina ediblər. Vəfadar Məmmədovun isə ümumiyyətlə bu məsələyə aidiyyəti olmayıb. Vəfadar Mərziyyənin oğurlanmasına dair danışıqlarda iştirak etməyib, buna öz razılığını bildirməyib. Eyni zamanda Vəfanur və Nizami bu fikirdən könüllü imtina ediblər. Hətta Mərziyyə və onun qardaşı Murad Osmanov hər hansı şəxs tərəfindən izlənilmədiklərini göstəriblər”.
Onu da bildirək ki, Nizami Nəcəfov dindirilmə zamanı nə Vəfanur Məmmədovla, nə də Vəfadar Məmmədovla adam oğurluğu ilə bağlı heç bir söhbətinin və görüşünün olmadığını deyib. O, ifadəsində qızın oğurlanması istiqamətində hər hansı hərəkət etmədiyini, onu güdmədiyini, arxasınca getmədiyini, onu müşahidə etmədiyini, ümumiyyətlə, Mərziyyənin oğurlanması söhbətinin heç bir ciddiliyi və əsası olmadığını göstərib.
Vəkil Fariz Namazlı
Vəkil Fariz Namazlının sözlərinə görə, təqsirləndirilən şəxslərə adam oğurluğuna hazırlıq ittihamının verilməsinin özü qanunsuzluqdur:"Vəfadar dindirilmə zamanı göstərib ki, Mərziyyənin oğurlanması istiqamətində hər hansı hərəkət etməyib, həmin qızı şəxsən tanımır, adını bilmir, onu heç vaxt görməyib.
Göründüyü kimi, təqsirləndirilən şəxslər Mərziyyənin oğurlanması istiqamətində heç bir hərəkət etməyiblər, öz aralarında vəzifə bölgüsü aparmayıblar, ümumiyyətlə, bu, sadəcə Nizami ilə Vəfanur arasında söhbət olaraq qalıb. Vəfadarın isə ümumiyyətlə bu söhbətlərə aidiyyəti olmayıb. Buna görə də təqsirləndirilən şəxslərə qarşı adam oğurluğuna hazırlıq kimi ittihamın verilməsi qanunsuz və əsassızdır.
Təqsirləndirilən şəxslərə verilən digər ittiham qanunsuz silah saxlamaqdır. Vəfadarın evində və özündə aşkar edilən silah, döyüş sursatı ilə bağlı istintaq orqanı belə nəticəyə gəlib ki, guya bu silahlar Mərziyyənin oğurlanması və onun həyat və sağlamlığı üçün zor tətbiq etmək məqsədilə əldə olunub.
Qeyd edək ki, təqsirləndirilənlər şəxslər silah-sursatların onlara məxsus olmadığını, tanımadıqları şəxslər tərəfindən evlərinə qoyulduğunu göstəriblər. Vəfadar həbs olunarkən Quba Rayon Məhkəməsinin qarşısında olub və həbs olunan zaman guya üzərində döyüş sursatı aşkar edilib. Atası Qeybulla Məmmədovun məhkəmə prosesinə Vəfadarın çoxlu sayda patronla gəlməsi absurddur. O, məhkəmə qarşısında olarkən tanımadığı şəxslər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb və özünün bildirdiyinə görə, həmin şəxslər tərəfindən də onun cibinə patronlar və digər döyüş sursatları qoyulub. Eyni zamanda digər təqsirləndirilən şəxslər də verdikləri ifadələrdə evlərində aşkarlanan döyüş sursatlarının onlara məxsus olmadığını göstəriblər. Buna görə də təqsirləndirilənlərə verilən Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını və sair əldə etmə, başqasına vermə, daşıma) maddəsi üzrə ittiham qanunsuzdur”.
Bu iş üzrə keçirilən məhkəmə prosesi 27 oktyabra qədər təxirə salınıb.
Xatırladaq ki, hadisənin ilk günlərində Qubada radikal sələfi qruplaşmalarına qarşı əməliyyat keçirilməsi barədə yayılan məlumatda MTN-in yerli polislə birgə keçirdiyi əməliyyat nəticəsində bir neçə nəfərin həbs olunduğu bildirilirdi.
İlkin məlumatlara görə, qruplaşma Vəfanur Məmmədovun həbsdə olan atası Qeybullanın qaçış planını hazırlayıbmış. Belə ki, radikal sələfilərdən olan Qeybulla Məmmədov (məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrum edilib-red.) əvvəl qanunsuz silah saxladığına görə həbs edilib, daha sonra buraxılıb. Növbəti dəfə isə dələduzluq üstündə həbs edilib.
Sözügedən cinayət işi üzrə istintaqı MTN aparıb.
İnarə Rafiqqızı
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi