Fransa Qarabağın qaytarılması şərtini açıqladı - 3 prinsip

img

22-10-2014 [18:17]


"Əsas odur ki, Paris görüşü hesabına Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında etimad yaransın”. 


bu barədə İrəvandakı mətbuat konfransında Fransanın bu ölkədəki səfiri Anri Reno oktyabrın 27-də prezidentlərin Paris görüşü ilə bağlı gözləntiləri şərh edərkən deyib. 


"Yaxın günlərdə Parisdə İlham Əliyev-Serj Sərkisyan görüşü olacaq. Diplomatik təfərrüatlara varmadan qeyd edim ki, görüş nizamlama prosesinə konfliktin həllinə yönəlik yeni impuls verəcək. Vacib olan odur ki, hər iki tərəf etimad atmosferi yarada bilsin” – qeyd edib diplomat.  

Səfirin sözlərinə görə, Paris zirvəsi həm də problemin dinc yolla həllinə alternativ olmadığının təsdiqi olacaq. Diplomat onu da əlavə edib ki, görüşün əsasında 3 prinsip duracaq: "Ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə haqqı və güc tətbiqindən imtina”.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA