İcra başçısı obyektində "yaxalandı", İcra Hakimiyyəti reaksiya verdi - Fotolar

img

22-10-2014 [17:17]


Hazırda elə dövlət qulluqçuları var ki, onlar əsasən biznes fəaliyyətilə məşğul olur və sahibləndikləri vəzifədən də şəxsi bizneslərini qorumaq, möhkəmləndirmək məqsədilə istifadə edirlər.

Elə bu yazı da məhz belə məmurlardan biri – Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov haqqındadır.

Malik İsaqovun Sumqayıt və bakı şəhərlərində onlarla biznes obyektləri var və icra başçısı həmin müəssisələri yaxınları vasitəsilə idarə edir. Özü isə ayda bir neçə dəfə həmin obyektlərə baş çəkərək işlərələ yerindəcə və şəxsən tanış olur. Əməkdaşımız icra başçısının obyektlərinə bu yaxınlarda baş tutan səfəri ilə bağlı eksklüziv fotolar əldə edib və həmin fotoları oxucularımızın diqqətinə çatdırırıq.

Xatırladaq ki, bu fotolar paytaxtın Bayıl qəsəbəsində çəkilib. Belə ki, Qubadlı RİH başçısının adıçəkilən qəsəbədə tikinti materiallarının satışı, plastik pencərə qapı sexi və digər obyektləri fəaliyyət göstərir. Fotolar da məhz onun həmin obyektlərinə növbəti səfəri zamanı çəkilib.
Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq(Xalq.az).

İcra Hakimiyyəti bu xəbərə reaksiya verib. Bildirilib ki, Qubadlı rayon icra hakimiyyəti başçısının qeyd olunan ərazidə heç bir obyekti yoxdur: "Əgər obyektlərin həqiqətən Qubadlı RİH başçısına aid olmasını sübut edən hər hansı bir sənəd və sübut mövcuddursa, həmin obyektlər məqaləni dərc edən şəxslərə hədiyyə ediləcəkdir”.


IMG_6670 IMG_6671 IMG_6672 IMG_6674 IMG_6675 IMG_6676 IMG_6677 IMG_6678 IMG_6679 IMG_6680 IMG_6681 IMG_6682


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA