22-10-2014 [12:20]
Kürdəmirin icra başçısı təkcə rayonu deyil, belə başa düşülür ki, heç özünü də idarə edə bilmir.
Belə ki, bir müddət əvvəl rayonda Azərbaycan bayrağının yandırılması baş verdi ki, bu bir rayon rəhbəri üçün ciddi siqnal idi. Amma ona qədər Ceyhun Cəfərovun bir başqa törətdiyi hadisə daha vardı.
Qeyd edək ki, hələ bir neçə ay bundan əvvəl Kürdəmirin icra başçısı Bakıya gedərkən, idarə etdiyi «Lexus» markalı maşının idarəetməsini itirərək, aşırmışdı. Bu barədə verilən məlumatda vurğulanırdı ki, Cəfərov özü idarə etdiyi maşını saxlaya bilməyib və dəyəri yüz min dollarla ölçülən həmin avtomobil istifadəyə yararsız hala düşüb.
Eyni zamanda o da qeyd olunurdu ki, Cəfərov maşın sıradan çıxdıqdan sonra eyni markadan olan bir başqasını alıb. Qəzaya saldığı maşını isə yaxın adamları vasitəsi ilə satdırıb.
Lakin bilinən odur ki, maşını doğru-düzgün idarə edə bilməmə təkcə ata Cəfərova xas cəhət deyil. Elə oğlu da eyni onun kimi, qəza törətməyə meyilli görünür. Belə ki, oktyabrın 19-da Bakıda, Neftçilər prospektində, Port-Baku Towers-in qarşısında "BMW” markalı avtomobil TİR-lə toqquşub. Nəticədə sürücünün yanında oturan 20 yaşlı gənc hadisə yerində keçinib. Avtomobildəki digər 3 nəfər müxtəlif bədan xəsarətli yaralar alıb. Onların durumlarının yaxşı olduğu bildirilir.
«Yeni Müsavat»ın yaydığı həmin məlumatda hadisə zamanı yaralanan şəxslərdən birinin Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun oğlu olduğu bildirilirdi. Məlumatda qeyd olunurdu ki, icra başçısının oğlu dostları ilə birlikdə Hava Limanından bir başqa dostlarını götürərək, şəhərə gələrkən qəza baş verib. Lakin bu xəbərdən bir neçə saat sonra Cəfərov apar-topar məlumatı təkzib edib. İcra başçısı deyib ki, onun iki oğlu var. «Biri 4 aydır ki, hərbi xidmətdədir. Digər oğlum isə Diplomatiya Akademiyasının tələbəsidir, sağ-salamatdır və Bakı şəhərində avtomobil sürmür».
Əslində, Ceyhun Cəfərovu narahat edən məqam avtoqəzanın olub-olmaması yox, bu işdə oğlunun adının hallanmasıdır. Təbii ki, bu, bir ata kimi mənəvi məsələsidir. Amma bir də karyerasının sual altına düşməsi problemi də var ki, bunu heç bir məmur arzulamır. Çünki indiyə qədər dövlət məmurlarının uşaqlarının törətdiyi qəzalardan və hadisələrdən dolayı hamısının atası ya işdən çıxarılıb, ya da bir şəkildə cəzalandırılıb.
Ceyhun Cəfərovu burada narahat edən təkcə karyerası da deyil, həm də qəza zamanı maşında onun hansı oğlunun olmasıdır. İddiaya görə, qeyd olunan avtomobil qəzasına düşən Ceyhun Cəfərovun Bakıda Ali Diplomatiya Akademiyasında oxuyan yox, məhz hərbi xidmətdə olan oğlu olub. Mənbə iddia edir ki, 4 ay əvvəl hərbi xidmətə çağırılmış oğul Cəfərov Bakıda dolanır, amma adı qulluq etdiyi hərbi hissədə gedir.
Onun Bakıda maşın idarə etdiyi və davamlı olaraq dostları ilə əyləncə məclisləri təşkil etdiyi də məlumatda vurğulanır. Mənbə bildirir ki, qəzanın videoçəkilişi də var. Və həmin çəkilişləri yaxın vaxtlarda sosial şəbəkələr vasitəsi ilə yayımlayacaqlar.
Qeyd edək ki, bizə verilən məlumatların birmənalı olaraq həqiqət olduğunu deyə bilmərik. Amma təcrübədən məlumdur ki, məmur uşaqları heç də uzaq yerlərdə və ya cəbhə xəttində hərbi xidmət keçmirlər. Və onların əksər hallarda adları hərbi hissədə qeydiyyatda olsa da, özləri Bakının küçələrində avtomobil sürürlər. Bununla bağlı yetərli qədər məlumatlar var və bu məsələ ilə bağlı araşdırmamız davam edir(jam.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi