22-10-2014 [11:42]
Bu gün cəmiyyətimizdə həkimlərin xəstələrə "firma dərmanlar” yazıb, buradan qanunsuz qazanc (faiz göturməsi) haqda dövrü mətbuatda çox yazılıb. Bu və ya digər məsələrlə bağlı "Azad İstehlakçılar Birliyinin nəznində yaradılmış Tibbi müayinə, müalicə, profilaktik və bərpa iştirakçı hüquqların müdafiəsi komissiyasının sədri Əhməd Rəhmanovla söhbətləşdik:
- Əhməd müəllim, ilk əvvəl rəhbərlik etdiyiniz komissiyanın yaranması və onun missiyası haqda nə deyə bilərsiniz?
- Komissiyamızın yaranması Azərbaycanın tibb, müalicə və bərpa müəssisələrində olan problemləri araşdırmaq və onun həlli yolları haqda təkilflər vermək və sair bu istiqamətdə fəaliyyətə köklənib. Eyni zamanda xaricə müalicəyə qacan passientlərimizin öz tibbimizə olan inamını geri qaytarmaqdır. Buna görə biz tək tibb yox, eləcə də sosial problemlərin həllini araşdırmaga çalışırıq. Çünkü bunlar bir- biri ilə sıx bağlı problemlərdir.
Onu da deyim ki, komissiyamız tamamiylə könüllülərdən ibarətdir, yəni ictimai əsaslar üzərində qurulub. Hər birimiz ayrı sahədə işləyirik, o səbəbdən komissiyadan gəlir də gözləmirik. Aramızda içi mən qarışıq, 2 nəfər fiziki məhdudiyyətli insan (mən 2-ci qrup Qarabağ əliliyəm) - bir həkim, 2 hüquqşünaş və bir jurnalist vardır.
- Əhməd, bu gün cəmiyyətdə söz-söhbər var ki, həkimlər resept yazarkən firma dərmanlarına üstünlük verir. Eyni zamanda, başqa özəl müəssisələrə göndərilən xəstələrə görə faiz alırlar. Bu, xoşagəlməz söz-sohbətin əsasında nə durur?
- Bütün bu söhbətlərə keçmədən bir problemə toxunmaq istəyirəm. Deyim ki, sualınızın əsas kökünü həkimlərdə yox, ümümən tibb sisteminin yararsız olmasında axtarmaq lazımdı.Məsələn, bu gün dövlət tibb müəssisələrində işləyən həkimlərimizin demək olar 80 faizi yarimştat cədvəllə işləyir. Yani hər belə həkimin orta aylıq əmək haqqı 85-100 manat arasındadır. Sual olunur, bəs, bu həkim hansı yolla dolanmalıdır və nəyə görə həkimlər yarımştat işə qəbul olunurlar?
Elə buna görə ortaya xoşagəlməz hallar çıxır. Yəni maaş azlığı həkimləri özəl müəssisələrə
xəstə "ötürməyə”, eyni zamanda, bahalı firma dərmanları yazıb, həmin
firmalardan müəyyən faiz almağa məcbur edir. Bu problemi həll etmək üçünsə
mütləq ilk növbədə maaşları qaldırmaq lazımdır.
Digər yandan, dövlətimizn gözəl qanunlarından biri də pulsuz tibbi xidmətdir
ki, bunun mexanizmi də tam realizə olunmur. Məsələn, hər bir poliklinikada
şəkər və digər xəstələr ücün pulsuz müəyyən dərmanlar verilir. Amma bu
dərmanlar yetərli səviyyədə olmur.
Indi belə təsəvvur edin ki, rengenə gəlmisiniz və rehgenoluqun ona verilən 20
və ya 30 plyonkası artıq qurtarıb. Sizin və ya elə mənim özümün ilk növbədə
olan reaksiyamız o olacaq ki, həkim məni aldadır və plyonkani mənə pulla satmaq
fikrindədir. Eləcə də Endokrinoloqu götürək, 300 nəfər xəstəsi olan dispanser həkiminə
20 ədəd bahalı dərman verəndə, həkim xəstəyə necə başa salsın ki, bu
dərmanlar səndən əvvəl gələn xəstəyə daha cox vacib olduğundan ona verilib?
Bax, bütün bunlar xəstə ilə
passient arasinda ucrum yaradır. Əsl təqsirkar, yəni bu prosesi idarə edən tibb
məmuru isə qalır kənarda. Beləliklə, həm passient, həm də həkimin hüququ
pozulur. Bütün bunlar isə tibb mexanizminin düzgün qurulmaması və ya işləməməsindən
irəli gəlir.
- Belə problemlərlə bağlı müraciət edənlər cox olur, yoxsa...?
- Təəssüf ki, cavabım müsbətdir. Ancaq elə bir vəziyyət yaranıb ki, çox adam xahiş edir ki, anonimliyi saxlayaq. Digər yandan, vətəndaş öz hüququnu müdafiə etmək əvəzinə, "5-10 manat verim, təki başım sakit olsun” prinsipini də özünə daha yaxın bildiyi üçün belə hallar kütləviləşib. Buna görə zəng vurub hansısa fakt barədə informasiya verənlərin çoxunun köməyinə gedə bilmirik. Bizim komissiyanın əsasnaməsinə görə, vətəndaş ilk növbədə bizə müraciəti yazılı formada təqdim etsin. Lakin bunlara baxmayaraq, biz çalışırıq ki, hər kəsə məsləhət verək.
- Bahalı müayinə, həkimlərin firma dərmanlarına üstünlük verməsi və sair haqda nələr deyə bilərsininz?
- Razıyam. Belə hallar çoxdur. Ancaq yuxarıda dediyim kimi, bu işbazlığın qarşısını almaq üçün öncə maaşları qaldırmaq lazımdır...
- Bəs, dövlət qurumlarının Sizin bu fəaliyyətimizə münasibəti necədir?
- Dövlət qurumlarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinə məktublar ünvanlayıb, onların apardıqları yoxlamalarda ictimaiyyətin bir üzvü kimi iştirak etmək arzusunda olduğumuzu bildirmişik. Lakin hələ ki cavab almamışıq.
- Deyirsiniz ki, poliklinika və xəstəxanalarda olursunuz. Burada hansı pozuntularla rastlaşırsınız?
- Pozuntular coxdur, bir neçəsini
saya bilərəm. Məsələn, Uşaq poliklinikalarında peyvənd
preparatlarının siyahısı, tərkibi və əks göstəriciləri barədə heç bir stend və
ya plakat yoxdur. Halbuki, bu "Yoluxucu xəstəliklərin immuno-profilaktikası haqqında”
qanunun 6-cı və "İstehlakcıların hüquqlarının müdafiəsi haqqında” qanunun 5-ci
maddələrinin pozulması deməkdir. Bunlardan
əlavə, dərman problemi ən ağrılı yerdir. Müharibə əlili olduğum üçün deyə
bilərəm ki, əlillərə pulsuz verilən dərman siyahısında olan preparatlar, həm çox
məhduddur, həm də bu siyahını nədənsə gizli saxlayırlar...
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi