22-10-2014 [10:20]
"Qurban Qurbanovun vəzifədən gedəcəyi iyul ayında bəlli idi”.
Bu barədə məlumat Dərbənddəki mənbədən daxil olub.
Mənbə prezident Abdullatipovun Dərbənd meri Qurban Qurbanovu çoxdan vəzifədən çıxartmağa çalışdığını deyib. O, prezidentin Azərbaycan hakimiyyəti ilə əlaqələrinin səmimiliyindən narahat olduğuna görə bu addımı atdığını bildirib:
"Qurbanovun vəzifədən gedəcəyi iyul ayında hər kəsə bəlli idi. Bunun üçün isə iki variant var idi: ya Qurbanovun özü istefa verməli, ya da zorla buradan çıxarılmalı idi. Abdulatipov böyük oyun qurdu və axırda uğura nail oldu”.
O, oyunun yekun mərhələsinin iyulun 25-də başladığını söyləyib. Mənbə məhz həmin gün Abdullatipovun Dağıstan rayonlarının rəhbərlərini Mahaçkalaya topladığını deyib. Bundan sonra isə çıxış edən prezident Dərbənd bələdiyyəsini keçmiş Ədliyyə naziri olan Azadi Rəhimovun idarə edəcəyini bildirib:
"Məhz bu çıxışdan sonra Qurbanovun taleyi həll olundu. İyulun 30-da Dərbəndə Dağıstanın Prezident Administrasiyasının rəhbəri, köməkçisi və bir neçə nazir gəlir. Onlar Qurbanova vəzifədən könüllü getməyi təklif edirlər”.
Mənbə Qurban Qurbanovun otağında olan söhbət zamanı bələdiyyə sədrinin Abdullatipovun nümayəndələrinə sərt etiraz etdiyini söyləyib. Buna səbəb kimi isə rayondakı seçicilərin onun vəzifədən getməsinə qarşı olmalarını göstərib.
O, məhz bu cavabın Dərbənddə kütləvi şəkildə yoxlamaların başlanılmasına səbəb olduğunu bildirib. Mənbə həmçinin tezliklə Dərbəndə Dağıstan Hesablama Palatasının nümayəndələrinin göndərildiyini və burada maliyyə fırıldaqlarını araşdırdıqlarını vurğulayıb:
"Əslində əsas məqsəd onun Bakı ilə münasibətlərinin yaxşı olmasına görə vurulması idi. Qurban Qurbanovun vurulmasından sonra bir neçə nəfər də işdən çıxarıldı. Amma yaxın müddət ərzində Dərbənddə vəzifədə olan daha bir neçə azərbaycanlının vəzifədən çıxarılması nəzərdə tutulub. Abdullatipov bununla Bakının buradakı nüfuzunu digər millətlərin nümayəndələrini vəzifəyə gətirmək vasitəsilə endirməyə çalışır”.
Onu da xatırladaq ki, Dərbənddəki mənbənin verdiyi məlumatla yanaşı, artıq rus mətbuatı da Qurban Qurbanovun həbsinin Azərbaycanın bölgədə kifayət qədər güclü nüfuz sahibi ilə əlaqədar olması ilə əlaqələndirir. Bu istefanın isə Qarabağda bir müddət öncə hərbi əməliyyatların qızışması dövründə baş verməsi Abdullatipovun Dərbənddə Bakının hakimiyyətini azaltmaq istəməsiylə əlaqədar iddiaları daha da gücləndirib.
Ümumiyyətlə, Dağıstan rəhbərliyinin Qurban Qurbanova qarşı fəaliyyəti bir neçə dəfə təkrarlanıb. Bakının burada nüfuzunun azaldılması isə elə Azərbaycandan başlayıb. Qurban Qurbanovun qardaşı, Azərbaycanla yaxşı əlaqələrə malik olan Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi Maqomed Qurbanovun iyunun 10-da vəzifədən götürülməsi Abdullatipovun tələsinin qurulmasına start verib. Prezident daha sonra bu vəzifəyə azərbaycanlı yox, əslən kumık olan biznesmen Marat Askendarovu təyin edib. O isə öz növbəsində Rusiya Dövlət Dumasının deputatı olan Zaur Askendarovun qardaşıdır.
Məhz bu dəyişikliyin ardınca Qurban Qurbanovun vəzifədən çıxarılması əldəki bütün kartların açığa çıxmasına səbəb olub. Amma ən maraqlı məqam isə Azadi Rəhimovun bu vəzifəyə gətiriləcəyidir. Belə ki, keçmiş Ədliyyə naziri əslən Tabasarandandır. Azərbaycanlılarla böyük iş praktikasına malik olan Rəhimovun buraya gətirilməsi Mahaçkalaya Qurban Qurbanovdan daha çox sərfəlidir. Çünki Rəhimov 12 illik idarəetmə təcrübəsinə malikdir və ölkənin geopolitoloji maraqlarını təmin etmək üçün ən yararlı adamdır.
Görünür, Abdullatipov bu işi özbaşına planlaşdırmayıb. Onsuz da bir müddət öncə yerli politoloqlar Qurbanovun vəzifədən getməsinin daha çox Kremllə əlaqədar olduğunu bildirirdilər. Rusiya istənilən halda hər zaman onun üçün daimi təhlükə mənbəyi olan Şimali Qafqazda hər hansı boşluq buraxmaq niyyətində deyil. Qonşu dövlətlərdən hansısa birinin onun cənub sərhədlərinə təsir edəcək kiçik qüvvəyə belə malik olması Moskvaya Qərblə intriqasının gücləndiyi bir zamanda sərf etməyən məqamdır(axar.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi