21-10-2014 [18:39]
Xəbər verildiyi kimi dünən Nəsimi Rayon Məhkəməsində Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Şurasının üzvü Eldəniz Quliyevlə daxili işlər naziri Ramil Usubov arasında növbəti məhkəmə prosesi keçirilib. Məhkəmə zamanı çıxış edən R.Usubovun vəkili Əlirza Həbilov E.Quliyevin bir il azadlıqdan məhrum edilməsi tələbini səsləndirib. Məhkəmədən sonra azadlıq.org-a açıqlama verən E.Quliyev ona qarşı başqa bir cəzanın deyil, məhz həbs cəzasının istənilməsini özünəməxsus formada şərh edib:
"Əllərində olan bütün vasitələrdən istifadə etməklə Eldəniz Quliyev adlı şəxsi ictimai proseslərdən uzaqlaşdırmaq istəyirlər. Mənə qarşı olan maddələrdə ictimai işlərə məcbur edilmə, pul cəriməsi və digər yüngül cəzalar da nəzərdə tutulur. Ən ağırı cəza həbsdir. «Facebook»da yazdığım statusa görə bu cür cəzanı istəmək söz azadlığına təcavüzdür. Halbuki, o statusda da təhqir və böhtana yol verilməyib. Mənim ölkədən çıxışıma qadağa qoyulanda, bunların məqsədini hiss etmişdim».
Sonuncu məhkəmə prosesi ilə bağlı baş verənləri şərh edən R.Usubovun vəkili Əlirza Həbilov irəli sürdükləri cəza tələbinin qanunvericiliyə uyğun olduğunu, fəqət bununla bağlı qərar vermək səlahiyyətinin yalnız məhkəməyə məxsus olduğunu vurğuladı:
"Zənnimcə Eldəniz bəy deməyib ki, ona yüngül cəza istənilə bilərdi. Bu mövqeyinə heç harda rast gəlməmişəm. E.Quliyev dünənki açıqlamasında bildirmişdi ki, məni həqiqətən də susdurmaq istəyirlər. Belə bir fikir səsləndirmişdi. Eldəniz bəy haqqında kifayət qədər təsəvvürə malik olan bir insansınız. Bilirsiniz ki, onun yaş həddi də, ziyalılq səviyyəsi də demək olar ki, ən yüksək həddədir. E.Quliyevlə bağlı cəza istənilib, lakin hakim hansı cəzanı verəcək - hələlik bunu heç kim bilmir. Bundan sonra Eldəniz bəyin özünün də çıxışı nəzərdə tutulur. Bu çıxışdan sonra qərar veriləcək. Məhkəmə prosesi başlayan ilk gündən cəza istənilən günə qədər Eldəniz bəy öz hərəkətlərindən, təhqir və böhtandan imtina etmədi, getdikcə vəziyyəti daha kritik vəziyyətə çatdırdı”.
Ə.Həbilovun sözlərinə görə, E.Quliyevin yaş həddi də onun dolğun bir insan olduğunu və söylədiyi hər bir sözün məsuliyyətini dərk edəcək yaşda olduğunu göstərir:
"Bir şeyi də nəzərə almaq lazımdır ki, Eldəniz bəy cavan yaşda deyil ki, düşünəsən ki, gələcəkdə hansısa formalaşma dövrü keçəcək. O, yetkinlik yaşına çatmayan bir insan deyil. Onun kifayət qədər yaş həddi var. Eldəniz bəyin yaşı 60-dan yuxarıdır. Eldəniz bəy nəyi deyirsə onu düşünüb deyir. Onun fikri də, əqidəsi də formalaşıb. Ziyalı hər hansı bir addımı atırsa onu bir neçə dəfə götür-qoy edir və yalnız bundan sonra həmin hərəkəti edir. Belə olan təqdirdə cəzanın öz məqsədinə çatması üçün qanunda nəzərdə tutulan imkanlardan istifadə olunur. Hesab edirəm ki, istifadə olunan imkanların hamısı qanunun tələblərinə tam uyğundur”.
Ə.Həbilov E.Quliyevi xüsusi fəallığa malik müxalifətçi hesab etmədiyini də qeyd etdi:
"Eldəniz bəyi akiv müxalifətçi hesab eləmirəm. Bu mənim səmimi fikrimdir. Eldəniz bəyin yüksək dərəcədə nəyəsə nail olmaq iqtidarında olduğunu da düşünmürəm. Eldəniz bəy müxalifət düşərgəsində olan adi vətəndaşlardan biridir. Onun qeyri-adi fitri istedada malik olması ilə bağlı cəmiyyətdə bir fikir mövcud deyil”.
Sonda Ə.Həbilov proseslərin siyasi çalardan uzaq olduğunu vurğuladı:
"Xüsisi ittihamçının məqsədi Eldəniz bəyin siyasi baxışları ilə bağlı deyil. Konkret olaraq polis əməkdaşlarının ünvanına onların şərəf və ləyaqətini alçaldan ifadələr işlədib. Buna görə də qanunvericilikdə nəzərdə tutulan cəzanın verilməsini istəmişik. Lakin cəza ilə bağlı qərarın veriləsi artıq məhkəmənin səlahiyyətində olan bir işdir. Bu cəza nədən ibarət olacaq, bunu heç kim bilmir”(moderator.az).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi