21-10-2014 [18:05]
1991-ci ilin noyabr ayının 20-də Qarabağın Qarakənd kəndi üzərində "Mİ-8" hərbi vertolyotunda faciəli surətdə həlak olan dünya şöhrətli akademik, sabiq dövlət katibi Tofiq İsmayılovun xanımı Lalə İsmayılovanın növbəti müraciəti daxil olub.
Xatırladaq ki, Lalə
İsmayılova Alternativ Eenerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim
Bədəlovdan şikayətçidir. Tofiq İsmayılovun xanımı bildirir ki, Akim Bədəlov
mərhum akademik tərəfindən yaradılan "Xəzər” Elmi Mərkəzini və onun elmi
işlərini saxta sənədlər əsasında özününküləşdirib. Bu işdə Akim Bədəlova qudası
Ali Məhkəmənin sədri Ramiz Rzayevin də yardımı dəyib.
Növbəti müraciətdə isə Lalə İsmayılova yeni faktlar açıqlayıb. Mərhum akademikin xanımı yazır:"Mərhum Tofiq İmayılovun elmi işlərini və ailəsinə miras qoyduğu müəssisəni mənimsəyən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov nəinki ailəmizə qarşı cinayət törədib,o dövlət büdcəsini də talamaqla məşğuldur.Sizə təqdim etdiyim bu fotoşəkil mərhum akademikin 1973-cü ildə yaratdığı "Xəzər”(Kaspiy) Elmi Mərkəzində çəkilib. "Xəzər”in bazasında mərhum prezident Heydər Əliyevin nufuzu və prinsipallığı nəticəsində Bakıda SSSR-i miqyasında yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu, 1982-ci ildə isə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin yaradılmasına nail olunur. Halbuki bir çox respublikalar, o cümlədən bədxah qonşularımız müəssisənin onların ərazisində yaradılması üçün inanılmaz səylər göstərirdi. Mərhum yoldaşım 1982-ci ildən ömrünün sonunadək Birlikdə baş konstruktor və baş direktor vəzifəsində işləmişdir. Birliyin yaradılması respublikamızda kosmik elminin inkişafında, kosmik infrastrukturun yaradılmasında və bu sahədə milli kadrların yetiştirilməsində müstəsna əhəmiyyət kəsb edirdi. Belə ki bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən Birlikdə 6000-dən artıq mütəxəssis və elmi işçi çalışırdı.Birliyin nəzdində yaradılan müəssisələr Naxçıvanda, Lənkəranda, Ağdamda, Şırvanda, Qusarda və digər bölgələrdə fəaliyyət göstərirdi və bunun nəticəsi olaraq həmvətənlərimiz yüksək texnologiyalı peşələrə yiyələnməklə bərabər yüksək əmək haqqı ala bilirdilər. Müxtəlif vaxtlarda Birlikdə çalışan bir çox insanlar hazırda ölkəmizdə yüksək dövlət postları tutur və kifayət qədər geniş şəkildə biznesdə təmsil olunublar.Heydər Əliyevin rəhbərliyi altında akademik Tofiq İsmayılovun gördüyü işlər Moskvadan respublikamıza böyük həcmdə vəsaitlərin cəlb edilməsinə səbəb oldu və xalqımıza böyük faydalar verdi.1989-cu ildə Kirov(indi Binəqədi) rayon Komsomol komitəsi nəzdində"Xəzər”(Kaspiy) Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzini yaradanda Tofiq İsmayılov əsasən alternativ energetika istiqamətində elmi və praktiki işlər apararaq,bu işlərə gəncləri və elmi işçiləri cəlb edərək gələcəkdə bu müəssisənin bazasında alternativ energetika üzrə bir qurum təşkil etmək istəyirdi. 1991-ci ildə mövcud qanunvericiliyə uyğun olaraq "Xəzər”i Komsomol Komitəsi nəzdindən çıxararaq kollektiv mülkiyyət formasında yenidən təşkil etdi və qızımız Səbinə İsmayılovanı müəssisəyə əsas payçı təyin etdi”.
Nizamnamədə yazılanlar və saxta iclas protokolu
Lalə İsmayılova bildiri ki, Vergilər Nazirliyindən əldə etdikləri 06.03.1991-ci il tarixdə qəbul edilmiş nizamnaməndə açıq göstərilib ki, nizamnamə kollektiv-mülkiyyətçilərin iclasının 8 saylı protokoluna əsasən qəbul edilib: "Bu o deməkdir ki "Xəzər”in həqiqi mülkiyyətçilərinin,o cümlədən qızım Səbinə İsmayılovanın adı 8 saylı protokolda göstərilib. Lakin yoldaşım Tofiq İsmayılovun Qarabağda şəhid olması və ailəmizin böyük dərdi "Xəzər”ə direktorseçilmiş Akim Bədəlov və onun qohumları üçün öz çirkin niyyətlərinin həyata keçirilməsinə şərait yaratdı.
03.03.1995-ci il tarixli "Xəzər”in müdiriyyətinin saxta iclas protokolunu əldə etmişik. Protokolda müdiriyyətin yəni mülkiyyətçilərin 6 nəfər üzvünün iclasda iştirakı bildirilir lakin müdiriyyətin adları və imzaları yoxdur. Protokolda iki nəfərin iclas sədri Rizvan Vəliyevin və katib Şahin Mövsümovun imzaları keçir. Saxta protokola əsasən "Xəzər”in nizamnaməsinin Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilməsi qərara alınır.
Bundan sonra 10.08.1995-ci il tarixdə Akim Bədəlov, Şahin Mövsümov,
Rizvan Vəliyev və Azad Bağırlı arasında "Xəzər”ə dair saxta təsis
müqaviləsi bağlanır. Hətta saxta təsis müqaviləsində belə A.Bədəlov Rusiya
Federasiyasından aldığı pasportun alınma tarixini 1990-cı il göstərməklə təhrif
etmişdir çünki pasportun alınma tarixi 1981-ci ildir.
29.08. 1995-ci ildə "Xəzər”ə dair bağlanmış saxta təsis
müqaviləsinin üzərinə 34 saylı notariat kontorunun ştampı vurulur. Ədliyyə
Nazirliyinin Notariat Arxiv İdarəsindən əldə etdiyimiz sənədlərdən göründüyü
kimi saxta təsis müqaviləsi notariat kontorunda təsdiq edilməmişdir.Ştampın
üzərində göstərilən 3654 saylı əməliyyatla saxta müqavilə iştirakçılarından
biri olan Rizvan Vəliyevin imza nümunəsi təsdiq edilib. Beləliklə saxta təsis
müqaviləsi və 1995-ci ildə qəbul edilmiş qanunsuz nizamnamə əsasında
"Xəzər” 25.09.1995-ci il tarixdə yeni mülkiyyətçilərin adı ilə Ədliyyə
Nazirliyindən qeydiyyatdan keçərək qeydiyyat şəhadətnaməsi alır. "Xəzər”in
həqiqi mülkiyyətçilərinin 06.03.1991-ci il tarixli iclasının 8 saylı protokolu
bütün arxivlərdə aradan götürülür. Maraqlısı odur ki 1995-ci ildə qəbul
edilmişqanunsuz nizamnamə Vergilər Nazirliyindən əldə etdiyimiz "Xəzər”in
təsisçilik qovluğunda aşkar edilmədi.Bu o deməkdir ki Vergilər Nazirliyində bu
sənəd mövcud deyil və ya Nazirlik bu sənədi bizə bilərəkdən təqdim etməyib. Saxta
nizamnaməni biz daha sonra Sosial-Müdafiə fondundan əldə edə bilmişik.
2009-cu ildə "Xəzər”də aparılan saxta pay alqı-satqısından və
2010-cu ildə Vergilər Nazirliyi tərəfindən verilən şəhadətnaməyə əsasən hazırda
"Xəzər”in sahibləri Akim Bədəlovun həyat yoldaşı Akifə Mövsümova, oğlu
Aqşın Bədəlov və bacısı oğlu Rizvan Vəliyevdir.
Birinci instansiya Nəsimi məhkəməsində Vergilər Nazirliyinin müvafiq strukturu cavabdeh şəxs kimi iştirak etməli olduğu halda iştirakdan imtina edib.Həmçinin Ədliyyə Nazirliyinin müvafiq strukturunun məhkəmədə iştirak etməsi üçün qaldırdığımız vəsadət hakim tərəfindən rədd edilmişdir.Halbuki Mülki-Prosessual Məcəlləsinin 77.2 maddəsi dövlət aktını vermiş cavabdeh dövlət strukturuna məhkəmədə aktın qanuni verilməsini subuta yetirmək öhdəliyini qoyur. "Xəzər”ə 1995-ci və növbəti illərdə dəyişikliklərlə əlaqədar verilən şəhadətnamələr dövlət aktları olduğuna görə bu dövlət qurumlarının iştirakı mütləqdir. Həmçinin məhkəmə cavabdeh Şahin Mövsümov, Rizvan Vəliyev,A.Bağırlının və yaxud onların nümayəndələrinin iştirakına heç bir səy göstərməmişdir və onlar məhkəmədə iştirak etməmişdilər. Məhkəmə "Xəzər”in təsisçiliyi ilə əlaqədar saxtakarlıqlara göz yumdu və işdə cinayət əməli olduğuna görə xüsusi qərardad çıxararaq materialların istintaq orqanlarına göndərilməsi barədə qaldırdığımız vəsadəti də rədd etdi.Məhkəmədə olan qanunsuzluqları sadalamaqla qurtarmaq olmaz.Bu ondan irəli gəlir ki hakim Şahin Abdullayev məhkəmənin ədalətli aparılması ilə yox A.Bədəlovun qudası olan Ali Məhkəmənin sədri Ramiz Rzayevin sifariş və tapşırıqlarının yerinə yetirilməsi ilə məşqul idi. Ailəmiz məhkəmənin ədalətsiz qərarından apellyasiya şikayəti verib”.
Akim Bədəlov Siyasi Büronun tapşırığı ilə mərhum akademiki güdürmüş
Mərhum akademikin xanımı deyir ki,"Xəzər”in 1991-ci ildəki və
1995-ci ildə qanunsuz qəbul edilmiş nizamnamələrindən aydın görünür ki
müəssisənin adı, hüquqi ünvanı və bank hesabları birdir: "Xəzər”in
hesablaşma hesabında külli miqdarda pul vəsaitləri,tikili və torpaq sahəsi, çox
qiymətli qurğu və avadanlıqları var idi. Mərhum Tofiq İsmayılov ağır olan o
illərdə respublikamızın ərazi bütövlüyü naminə ermənilərə qarşı çox ciddi
mübarizəyə qatılmışdır və həyatının böyük təhlükədə olmasını bilirdi. 1991-ci
ildə qızımız Səbinə İsmayılovadan "Xəzər”də payı ilə əlaqədar ərizə alanda
dedi: "Ermənilərlə müharibəmiz gedir. Başıma hər bir iş gələ bilər. Bu
sizin ömürlük çörəyinizdir”.
Tofiq İsmayılov ailəsinin çörəyini "Xəzər”ə direktor təyin etdiyi
Akim Bədəlova tapşırdı. Çünki Akim Bədəlov 1980-ci ildə yoldaşımın yanına işə
düzələndə kasıb bir oğlan idi. Yoldaşım onu Moskvaya stajçı göndərdi,
aspiranturanı oxutdurdu bütün bu müddət ərzində maddi təminatını verdi. Sonra
Bakıya qayıdanda yataqxanada qaldığı üçün mənzillə təmin etdi. "Xəzər”in
işlərini ona tapşırdı ki yaxşı qazancı olsun. Yoldaşım Akim Bədəlova etibar
etdiyinə görə ailəmizdə ona inanırdı. Bütün bu illər ərzində Akim Bədəlov
ailəmizə müəyyən ödənişlər edərkən deyirdi: ”Biz bir ailəyik. Tofiqin işi davam
edir,pullar dövriyyədədir, işlər getdikcə lap yaxşı olacaq”.
Lakin 2013-ci ilin ortalarında mən Akim Bədəlovla görüşdüm və
ondan "Xəzər”in sənədlərini tələb etdim. O isə mənə hədə - qorxu gələrək
bildirdi: "Tofiq İsmayılov kim olub ki? Məni Moskvanın Siyasi Bürosu
Bakıya Tofiq İsmayılovu güdməyə göndərmişdi. İşimi yaxşı gördüyümə görə Siyasi
Büro "Xəzər”i mənə hədiyyə edib. Mənim çox güclü arxam var. "Xəzər”in
məsələsini qaldırsanız çox peşiman olacaqsınız”.
Ailəmin təhlükəsizliyi ilə əlaqədar çox narahatam. "Xəzər”lə və
ailəmə qarşı olan hədə-qorxularla əlaqədar Daxili İşlər Nazirliyinə və Baş
Prokurorluğa dəfələrlə müraciət etmişəm. Lakin məhkəmənin getməsini səbəb
gətirərək Akim Bədəlova qarşı heç bir tədbir görülməmişdir. Ali Məhkəmənin
sədri Ramiz Rzayev qudası olan Bədəlovun cinayətlərini ört-basdır etmək üçün
əlindən gələni etdiyi halda ailəmiz ədaləti harada axtarmalıdır?
Ümüdümüz qalıb prezidentimizə. Lakin ölkə başçımız dövlət əhəmiyyətli
işlərlə məşqul olmasından istifadə edənAkim Bədəlovun qohumları müraciətləmizin
ünvanına çatmasının qarşısını alırlar. Ölkə başçımıza ünvanladığımız
müraciətlərimizin qarşısını Akim Bədəlovun qaynı Azərbaycan Prezident
Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş
üzrə şöbəsinin müdir müavini Hüseyn Mövsümov alır.
Akim Bədəlov dövlət büdcəsinə də tamah salıb
İndi Akim Bədəlova artiq ailəmizdən oğurladığı azlıq edir və o öz
tamahını ölkə büdcəmizə salıb. Mərhum Tofiq İsmayılovun 30 il əvvəlki elmi
işlərini öz nailiyyəti kimi təqdim edən Alternativ və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyinin sədri prezidentin "Azərbaycan
Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə
olunması üzrə Dövlət Proqramı”nı monopoliyaya alaraq şəxsi ailə biznesinə
çevirməkdədir.
Belə ki, büdcəmizdən günəş stansiyaları üçün ayrılan vəsait hesabına
Akim Bədəlovun ailəsinə məxsus "Azgüntex” müəssisəsində yığılmış günəş
panelləri alınır. Üstəlik büdcəmiz hesabına stansiyaların tikinti və quraşdırma
işlərini ailəmizdən cinayət yolu ilə alınan "Xəzər” aparır. Görəsən
nəzarət-istintaq orqanları hara baxır? Axı qanunvericiliyimizdə bu əməllərin konkret
adı və maddəsi var. Hələ azmış kimi Akim Bədəlov büdcədən daha çox vəsait
almaqdan ötrü 2020-ci ilədək ölkədə 20% elektrik enerji istehsalının alternativ
enerji hesabına təmin olacağını ölkə rəhbərliyinə vəd edir.
Bəs görəsən 2009-cu ildə o vaxtlar Yanacaq və Energetika Nazirliyi
tərkibində yaradılan və 2013-cü ildən artıq müstəgil Agentliyin rəhbəri kimi
Bədəlov bu 5 ildə ölkəmizin energetikası üçün nə edib? Yalnız mərhum Tofiq İsmayılovun
proyekti olan Qobustan poliqonu və bu yaxınlarda Suraxanı günəş stansiyası
üst-üstə 6-7 Mqv. Amma stansiyaların tikintisi işin tamamı demək deyil. Akim
Bədəlov qurduğu stansiyalardan ölkəmizin enerji şəbəkəsinə bu günədək 1kvt belə
enerji verilməmişdir. Səbəbi çox sadədir. Alternativ stansiyadan verilən
enerjinin ölkə şəbəkəsinə qoşulması üçün onun fasiləsiz olması lazımdır və orada
istehsal edilən enerjinin digərlərindən baha olmaması. Bədəlovun quraşdırdığı
stansiyalar bu şərtlərə uyğun gəlmir,orada istehsal edilən enerji dəfələrlə
baha başa gəlir.
Bədəlov tikdiyi stansiyaları mərhum Tofiq İsmayılov hələ 80-ci
illərdə qura bilərdi. Lakin dünya şöhrətli alim bilirdi ki stansiyaların
tikilməsi üçün orada istehsal edilən enerjinin rentabelliyini təmin etmək
lazımdır və ona görə də bu istiqaməttə elmi-praktiki işləri davam etdirirdi. Mərhum
yoldaşım günəş panellərinin və enerji akkumlyatorlarının hazırlanması üçün
lazım olan bütün detalların yüksək texnologiya ilə respublikamızda istehsalına
nail olmaq istəyir. Akim Bədəlovun o vaxtlar mərhum yoldaşımın elmi işləri
əsasında yığdığı günəş panelləri təmamilə gətirilmə detallardan hazırlanır və
boş vitrindən başqa bir şey deyil. Lakin Akim Bədəlovu ölkəmizin
energetikasının inkişafı maraqlandırmır və bu avantyuranı həyata keçirməklə
oyalnız büdcəmiz hesabına yüksək qazanclar əldə etmək istəyir. Yəqin ki, qısa zamanda Akim Bədəlov büdcədən ayrılan on milyonlarla vəsaitin
hesabatını verməli olacaq”.
Qeyd edək ki, Lalə İsmayılova müraciətində istinad etdiyi bütün
sənədlərin sürətini redaksiyamıza təqdim edib.
istiqlal.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi