21-10-2014 [12:45]
Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev kitabın tarixi baxımdan çox dəyərli olduğunu söyləyib: "Akademik Ramiz Mehdiyev kitabda bütün tarixi ərazilərimizdə gedən proseslər fonunda Şah İsmayıl Xətainin atdığı addımları təhliledib. Bu kitabda olan metodologiyadan qədim, orta və müasir tariximizin öyrənilməsində çox uğurla istifadə etmək olar. Bakı Slavyan Universitetində gənclərin milli şüurunun formalaşması baxımından kitabdan geniş istifadə olunacaq ”.
Prezident Administrasiyasının məsuləməkdaşı Eldar Əmirov bildirib ki, kitab Azərbaycan tarixşünaslığında və şərqşünaslığında mövzuya dair ən bitkin baxışdır. O deyib ki, R. Mehdiyev kitabda özündən əvvəlki tədqiqatçıların bəzilərinin fikirləri ilə razılaşır, bəzilərinin fikirlərini isə qətiyyətlə qəbul etmir: "Ancaq nəzərdən qaçırmaq olmaz ki, akademik Ramiz Mehdiyevin baxışı həm də bir dövlət xadiminin, dövlət idarəçiliyi sistemində böyük təcrübəyə malik insanın baxışıdır. Ona görə də Şah İsmayıl Xətaini dövlət xadimi, siyasətçi kimi təhlil edərkən mütləq bir peşəkarın yanaşmasına diqqət yetirmək lazımdır. Doğrudur, alimlərin, tədqiqatçıların bu barədə fikirləri bizim üçün qiymətlidir, onlar əvəzsiz mənbələrdir. Həm də onların Azərbaycan tarixi üçün xidmətlərini heç kim danmır. Lakin indiyə qədər Şah İsmayıl Xətai mövzusunda yetkin, siyasi cəhətdən kamil bir baxışın olmadığını da etiraf etmək lazımdır. Ramiz Mehdiyevin kitabı bu boşluğun aradan qaldırılması üçün mühüm addımdır. Ümidvaram ki, həm Azərbaycan elm ictimaiyyəti, həm də sıravi oxucular bu kitabdan bəhrələnə biləcəklər”.
E. Əmirovun sözlərinə görə, R. Mehdiyevin kitabda həmin dövrün tələblərinə diqqət yetirməyi vacib sayıb: "Türkiyə teleseriallarında Şah İsmayıl Xətaini hətta təhqir etməkdən çəkinmirlər. Ancaq Çaldıran döyüşü ilə bağlı məktubları araşdıranda görürük ki, bu döyüşün baş verməsində daha çox Osmanlı sultanı günahkardır. Şah İsmayıl Xətaiyə din xadimi kimi baxmaq düzgün deyil, o, tarixi Azərbaycan ərazilərində dövlət yaratmağı qarşısına məqsəd qoyub və o dövrün tələblərini nəzərə alaraq addımlar atıb. Bir dövlət xadiminə baxışda Ramiz Mehdiyev suallar yaratmayacaq aydın bir şərh verib. Ancaq bu kitab bir çağırışdır, Şah İsmayıl Xətai böyük mövzudur. Sabah Azərbaycanda və xaricdə başqa bir alim də dərin araşdırma ortaya qoya bilər. Ancaq məsələ ondadır ki, akademik Ramiz Mehdiyev kitabında mövzuya düzgün baxış istiqaməti qoyur”.
Kitabın Azərbaycan dilində də nəşr olunacağını açıqlayan E. Əmirov qeyd edib ki, bu yaxınlarda kitabın rus dilində ikinci cildi işıq üzü görəcək.
Akademik İsa Həbibbəyli kitabda Şah İsmayıl Xətainin tarixi Azərbaycan ərazilərində mərkəzləşmiş dövlət - imperiya yaratmaq istəyinin nəzərə çatdırıldığını vurğulayıb: "Akademik Ramiz Mehdiyev haqlı olaraq qeyd edib ki,Azərbaycan tarixinə sistemli şəkildə yanaşmaq zəruridir. Müstəqillik qazanmış xalqın özünü dərk etməsi, tanıması vacibdir. Özünü dərk etməyən xalqda milli qürur və şüur formalaşa bilməz. Bu baxımdan akademik Ramiz Mehdiyevin kitabı çox əhəmiyyətlidir. Bu, kitabın ilk cildidir. Ümumilikdə üç cilddə nəşr olunacaq kitab Şah İsmayıl Xətai irsinin araşdırılmasına böyük töhfə olacaq. Əsərdə səfəvilərin etnik mənşəcə Azərbaycan türkləri olduğu sübut edilir. Osmanlı sultanı Səlim Şah İsmayıla 3 məktubunda Azərbaycan torpaqlarına iddialı olduğunu bildirir, Şah İsmayıl da ona Azərbaycan hökmdarı kimi cavab verir. Bu məktublar çox gözəl tarixi mənbələrdir və Səfəvilər dövlətinin birmənalı olaraq Azərbaycan dövləti olduğunu sübut edir”.
Tədbirdə AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, şərqşünas-alim Vasim Məmmədəliyev, millət vəkili Sahibə Qafarova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalarİnstitutunun direktoru Teymur Kərimli də çıxış edərək kitabın əhəmiyyətindən bəhs ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi