Ziya Məmmədovun səlahiyyəti bölüşdürüldü - SƏRƏNCAM

img

20-10-2014 [20:13]


Prezident İlham Əliyev Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında da dəyişiklik edib. 

Mia.az xəbər verir ki, "Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Prezidentin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə aşağıdakı sərəncam imzalanıb:

"Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 172; 2008, № 6, maddə 489) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci və 3.5-ci bəndlərdə "avtomobil yollarının, prospektlərin və küçələrin” sözləri "şəhər avtomobil yollarının” sözləri ilə əvəz edilsin.

2. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"3.3. Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin;”.

Qeyd edək ki, bu sərəncama qədər sadalanan səlahiyyətlər Nəqliyyat Nazirliyi və onun tabeliyində olan "Azəryolservis" ASC-də olub...

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA