Nazir 100 manatdan pul payladı, bir qrup qadın etiraz etdi - Olay

img

20-10-2014 [19:58]


Bir neçə gün əvvəl səhiyyə naziri Oqtay Şirəliyev beş rayonun vətəndaşları ilə görüşdə gözlənilməz vəziyyətlə qarşılaşıb. 

Bu barədə Mia.az-a daxil olan məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev həmin günü Salyan Mərkəzi Rayon Xəstəxanasında Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabaddan olan vətəndaşları qəbul edib: «Qəbula gələn 10-15 qadın isə dərman almağa pullarının olmadığını deyərək, nazirdən pul istəyiblər». 

Məlumata görə, gözlənilməz tələblə üzləşən Oqtay Şirəliyev köməkçisi vasitəsi ilə şikayətçilərə 100 manatdan pul paylayıb: «Lakin bu zaman pulun azlığına etiraz edən qadınlar səs-küy salıblar. Vəziyyətin belə olduğunu görən nazir qəbulun təhlükəsizliyini qoruyan polislərə «bunları buradan rədd edin!», - deyə müraciət edib». 

Mənbə bildirir ki, bundan sonra qəbula gələnlərə 100 manat yardım edilib və onlar səs-küysüz pulu qəbul ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA