İcra başçısı rayonda özünə bazar tikdirdi, sahibkar şikayət etdi - VİDEO

img

20-10-2014 [16:27]


Neftçala rayon sakini Zakir Fərziyev rayonun icra başçısından şikayətçidir. 

Rayon sakini deyir ki, icra başçısı İsmayıl Vəliyev onun qardaşı Məhəmməd Fərziyevin bazarına göz dikib: "Mənim qardaşım ikinci qrup əlildir. "Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüş adamdır. Onun xırda bir balıq bazarı var. Bu da (İsmayıl Vəliyev nəzərdə tutulur-red.) gələndən sonra kənar bir yerdə özü üçün böyük bir bazar tikdirib, istifadəyə verə bilmir. Ona görə də  məcbur qalıb, ayın birindən balıqçıları kənarda qorxudub, aparırlar başçının bazarına. Balıqçılar da kənar yerdə balıq sata bilmədikləri üçün təzədən mənim qardaşımın bazarına qayıdırlar. Bazarın da kənarlarında dükanlardır. 2-3 gündür traktorla bazarın ətrafındakı dükanları söküb. Bazarın içinə girmir. İndi hər iki tərəfdən bazar açıq qalıb. Qardaşım hasar hörmək istəyir, qoymur. Srağagün qardaşım dörd cərgə hasar hörüb. Gəlib deyib sök. Qardaşım deyib ki, sökmürəm. Gətirib traktoru özü hasarı söküb”. 

Zakir Fərziyev deyir ki, yaranmış problemlə bağlı bir çox dövlət qurumlarına müraciət edib. Lakin hələlik, heç bir qurumdan cavab almayıb. 

Neftçala Rayon İcra Hakimiyyəti isə məsələ ilə bağlı danışmaqdan imtina edib(meydan TV).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA