Neft şirkəti bələdiyyə qərarlarının kütləvi ləğvini tələb edir - Fərdi evlər təhlükədə!

img

20-10-2014 [15:55]


"Binəqədi Oyl Kompani” şirkəti Bakının Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsini məhkəməyə verib.

 Bunu barədə Mia.az-a daxil olan məlumata görə, "Binəqədi Oyl Kompani” şirkəti Binəqədi qəsəbə Bələdiyyəsini neft şirkətinin balansında olan torpaq sahələri üzərində qanunsuz sərəncamlar verməkdə ittiham edir. 

Məlumata görə, şirkət bələdiyyəni məhkəməyə verərək, neft torpaqlarının üzərində tikilmiş evlərə verilən qərarların etibarsız hesab edilməsini tələb edir: «Şirkətin Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia tələbinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Lakin həmin məhkəmənin qərarı tərəflər arasındakı narazılığı həll etməyib. Narazılıq Bakı Apellyasiya Məhkəməsinə çıxarılıb». 

Məlumata görə, "Binəqədi Oyl Kompani” şirkətinin Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı «Bələdiyyə qərarlarının etibarsız hesab edilməsi»ndən bəhs edən şikayətinə hazırda Bakı Apelllyasiya Məhkəməsinin hakimi Həmid Həmidovun sədrlik etdiyi hakimlər heyəti tərəfindən baxılır: «Hakim Həmid Həmidov şikayətlə bağlı oktyabrın 23-nə baxış saatı təyin edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA