İcra başçıları Bakıya çağırıldı

img

20-10-2014 [15:30]


Oktyabrın 28-də icra başçılarının iştirakı ilə Bakıda böyük bir seminar-müşavirə keçiriləcək.

Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, seminara Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyev rəhbərlik edəcək.

Müşavirədə icra başçıslarına ictimai-siyasi və humanitar sahədə fəaliyyətlə bağlı müəyyən tövsiyələr və təlimatlar veriləcək. Eyni zamanda dövlət və əhali ilə iş prinsipləri, icra hakimiyyətləri ilə digər dövlət qurumlarının koordinasiyalı fəaliyyəti müzakirə olunacaq.

Nazirlərin də həmin müşavirədə iştirakı nəzərdə tutulub. Mikayıl Cabbarov, Səlim Müslümov, Hüsenyqulu Bağırov və digər nazirlərin seminarda çıxışı gözlənilir.

Seminar 3 gün davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA