Masallıda bələdiyyə sədri döyüldü, məmur işdən çıxarıldı-QALMAQAL

img

20-10-2014 [11:02]



Masallıda Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovu döyən sahibkar İlham Abışovun ölkədən çıxışına qadağa qoyulub. Məlumat verən qaynağımız deyir ki, sahibkara faktla bağlı cinayət işi açılıb, hazırda istintaq gedir və ölkədən kənara çıxması yasaqlanıb.

Amma Rusiya vətəndaşı olan İlham Abışov məsuliyyətə cəlb olunmayıb və barəsində həbs qətimkan tədbiri seçilməyib. Əldə etdiyimiz xəbərə görə, sahibkarın bələdiyyə sədrini döyməsinin səbəbi gizli torpaq satışı ilə bağlı mübahisə olub. Mənbəmiz əlavə edir ki, torpaq alverində barmağı olduğu iddia edilən Gəyəçöl icra nümayəndəsi Elman Rəhimov artıq işdən azad edilib.

Xatırladaq ki, bələdiyyə sədri Bəybala Əsədovla Rusiya vətəndaşı olan sahibkar İlham Abışov arasında torpaq üstündə düşən mübahisə davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham Abışov həm də Gəyəçöl kəndində şadlıq evinin sahibidir.

Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Asif Əliyev açıqlamasında B.Əsədovun döyülməsi faktını təsdiqləmişdi. (axar.az)



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA