Bakıda məktəbin damı uçdu, dərslər dayandırıldı

img

20-10-2014 [10:32]


Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərinin birinin damının uçması ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, oktyabrın 19-u axşam saatlarında hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı şəhərindəki 225 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi sıradan çıxıb.

Bununla əlaqədar olaraq, bu gün təhsil müəssisəsində tədris müvəqqəti dayandırılıb. Dünən məktəb rəhbərliyi tərəfindən müəllim və şagirdlərbununla bağlı məlumatlandırılıb.

Hazırda məktəbdə Təhsil Nazirliyinin nümayəndələri və müvafiq ekspertləraraşdırma aparır. Gün ərzində tədrisin bərpa olunması vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA