Azərbaycanın müdafiə naziri rus donanmasında

img

20-10-2014 [10:14]


Azərbaycanın müdafiə naziri Zakir Həsənov Bakıda səfərdə olan Rusiya Federasiyası Xəzər Dəniz Donanmasına baş çəkib.

Nazir əvvəlcə "Dağıstan" gəmisində olub. Onu gəminin kapitanı müşayiət edib.

Sonra Z.Həsənov "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmisinin şəxsi heyətilə görüşüb.

Xatırladaq ki, Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyəti oktyabrın 16-da Bakıya gəlib və oktyabrın 19-da başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA