Müstəqillik günü ilə bağlı videoçarx hazırlanıb-video

img

18-10-2014 [23:49]


Azərbaycanın Dövlət Müstəqilliyi günü. Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir. 

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. nın məlumatına görə, "İRƏLİ” İctimai Birliyi və İRƏLİ Production Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə maraqlı video hazırlayıb. Videoda gənc bir qızın Bakı şəhərini gəzərək, şəhərin sakitçiliyindən, insanlarımızın tolerantlığından bəhs edir. Digər ölkələrdə bir çox problemlər olsa da, Azərbaycanın bu gün müstəqil ölkə olaraq formalaşmasıyla yanaşı, sülh şəraitində yaşadığı bəhs edilir. Video Ümummilli Lider Heydər Əliyevin sözləriylə bitir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Müstəqilliyinin 23 yaşı mübarək, Azərbaycan! Videonu aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz: http://www.youtube.com/watch?v=f-2Q1RdVM80&feature=youtu.be Xatırladaq ki, "İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA