İlham Əliyev və xanımı Gəncədə Heydər Əliyev parkında maşın sürdü - FOTO

img

18-10-2014 [22:28]


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki Heydər Əliyev Parkında olublar.

Mia.az xəbər verir ki, Prezidentə məlumat verilib ki, orijinal layihə əsasında salınan, möhtəşəmliyi və əzəməti ilə seçilən parkın girəcəyindəki "Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr etmək mümkündür. Göz oxşayan xiyabanda geniş yaşıllaşdırma işləri həyata keçirilib və istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif iaşə obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri var.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. İndi həmin ağaclar parka xüsusi gözəllik verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA