Əfv fərmanı icra olundu - FOTOLAR - yenilənib

img

18-10-2014 [13:25]


Prezident İlham Əliyevin 17 oktyabrda imzaladığı əfv fərmanı bu gündən etibarən icra olunmaqdadır. Əfv sərəncamının icrası prosesinində iştirak etmək üçün bir sıra aparacı media qurumlarının, o cümlədən "Yeni Müsavat" qəzetinin və musavat.com saytının iki əməkdaşı da dəvət olunub. Cəzaçəkmə müəssisələrində əfvin icra prosesini izləyən musavat.com əməkdaşı yazır:

"13 saylı cəzaçəkmə müəssəsində olduq. 7 nəfər məhkum azadlığa buraxıldı. İlk olaraq, müəssisə rəhbərliyi və Penitensiar Xidmətin nümayəndəsi məhkumlara və valideynlərinə gözaydınlığı verdi. Müəssisə rəhbəri Bəhram Əsgərov azadlığa çıxan məhbuslara sənədlərini təqdim etdi. Çıxış edən məhbuslar onlara azadlıq bəxş etdiyinə görə, ölkə prezidentinə təşəkkürlərini bildirdilər. Valideynlərdə çıxışında övladlarını azad etdiyinə görə, prezident İlham Əliyevə minnətdarlığını bildirdilər".

***
Musavat.com əməkdaşı xəbər verir:

"14 saylı cəzaçəkmə müəssisəsində olduq. Müəssisədən 5 nəfər məhbus azadlığa buraxıldı. Onlardan ikisi İran İslam Respublikasının vətəndaşıdır. Cəzaçəkmə müəssisəsinin zalında 100 nəfərə yaxın məhbusun iştirakı ilə azad olunan məhkumlara əfv sənədi müəssisə rəhbərliyi və Penitensiar Xidmətin nümayəndəsi tərəfindən təqdim olundu. Azad olunan məhkumlar çıxış edərək əməllərindən peşman olduqlarını, azad edildiklərnə görə ölkə prezidentinə minnətdarlıqlarını bildirdilər və digər məhbəs yoldaşlarının azad olunmasını arzuladılar".

***

Daha sonra əməkdaşlarımız Şüvəlandakı 3 saylı cəzaçəkmə müəssisəsində adları əfv sərəncamına düşən məhbusların azad olunmasına həsr olunmuş toplantıda iştirak ediblər.

Azad olunan Elsevər Mürsəlli çıxış edərək bildirib ki, o, müxalif partiyaların üzvü olub, ancaq artıq öz istəyi bütün partiyalardan imtina edib. O deyib ki, bundan sonra YAP üzvü olmaq istəyir.

Əməkdaşımız ondan hansı partiyanın üzvü olduğunu soruşub. Elsevər Mürsəlli lakonik cavab verib: "Nida partiyası". Sonra o, halim yeni Azərbaycan Partiyasına üzv olmaq istədiyini bildirib.

Toplantıda E.Mürsəllinin atası da iştirak və çıxış edib.

Musavat.com






















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA