Əfv olunan NİDA-çıların adları məlum oldu- Siyahı

img

17-10-2014 [17:11]


Əfvə düşən bir neçə NİDA-çının adı məlum olub.

Bu barədə "Qafqazinfo"ya hüquq müdafiəçisi Səidə Qocamanlı məlumat verib. Onun sözlərinə görə, Monitorinq Qrupunun təqdim etdiyi siyahıda bu şəxslər əfv olunub. Onlar- NİDA-çı Şahin Novruzlu, keçmiş NİDA-çı Bəxtiyar Quliyev, AXCP üzvü Mürsəlli Elsevər, "Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlidir. 

Qeyd edək ki, sözügedən hər bir şəxs prezident İlham Əliyevə əfv üçün müraciət etmişdi.

***

Hüquq müdafiəçisi Novella Cəfəroğlu "Qafqazinfo"ya açıqlamasında bildirib ki, əfv sərəncamı 100-ə yaxın məhbusa şamil edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA