17-10-2014 [09:59]
Bunu Tacikistanda səfərdə olarkən Tacikistan Milli Universitetində çıxışında bildirib. İ. Əliyev deyib ki, bunun üçün Azərbaycanın kifayət qədər imkanı var: "Biz həm də çalışırıq ki, beynəlxalq təşkilatlar öz nüfuzlarını itirməsinlər. Bu isə əgər həmin təşkilatların qəbul etdikləri qərarlar yerinə yetirilmirsə, yaxud bir halda yerinə yetirilib, başqa halda yerinə yetirilmirsə baş verə bilər. Biz bununla üzləşmişik və özümüzə münasibətdə ədalətsizliyi müşahidə edirik. Biz görürük ki, BMT Təhlükəsizlik Şurasının qərarları bəzi hallarda bir gün ərzində yerinə yetirilir, amma bizim başlıca problemimizin – Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı bu cür qərarlar 20 ildən çoxdur ki, kağız üzərində qalır. BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi 20 ildən çox bundan əvvəl qəbul edilib. Lakin həmin qətnamələr yerinə yetirilmir və işğalçı ölkənin bu qətnamələri icra etməsi üçün ona lazımi təzyiq göstərilmir. Bu, ədalətsizlikdir. Bu, ikili standartların təzahürüdür. Təəssüf ki, belə hallarla getdikcə daha tez-tez üzləşirik. Bəzən elə təsəvvür yaranır ki, ikili standartlar artıq beynəlxalq münasibətlərin normasıdır. Lakin belə olmamalıdır. Ona görə ki, müasir dünya quruluşunun, dünya nizamının əsasını təşkil edən fundamental prinsiplər mövcuddur. Bu, ölkələrin ərazi bütövlüyünə hörmət, beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsidir. Əgər bu qərarlar yerinə yetirilmirsə, deməli, həmin qərarları həyata keçirə bilməyən təşkilatlar nüfuzdan düşür.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi region üçün böyük təhlükədir. Bizim ərazilərimizin 20 faizi, Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və digər rayonlar işğal altındadır. Bu hadisə 1990-cı illərin əvvəlində baş verib. İşğal nəticəsində bizdə 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bizə qarşı etnik təmizləmə aparılıb. ATƏT monitorinq məqsədilə iki dəfə öz nümayəndə heyətlərini işğal edilmiş ərazilərə göndərib və hər iki dəfə onların məruzələrində yazılıb ki, hər şey - bütün şəhərlər, bütün kəndlər, bizim bütün tarixi abidələr dağıdılıb, muzeylərimiz qarət edilib, məscidlərimiz təhqir edilib. Bunları hansısa yadplanetlilər deyil, bizimlə qonşuluqda yaşayan, bizim torpağımızda yaşamış, bizim çörəyimizi yemiş, Azərbaycanın bütün imtiyazlarından istifadə etmiş, lakin müəyyən anda, belə demək mümkündürsə, bizə arxadan atəş açmış adamlar ediblər.
Münaqişənin tənzimlənməsi təkcə xarici siyasətimizin deyil, bütövlükdə siyasətimizin başlıca məsələsidir. Biz münaqişənin beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində və bu gün Tacikistan Prezidenti ilə imzaladığımız Birgə Bəyannamədə əks olunduğu kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalı olduğunu görən bütün ölkələrə minnətdarıq. Bu, mövqedir, qardaşlıq, dostluq mövqeyidir. Eyni zamanda, beynəlxalq hüquqa əsaslanan mövqedir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi