İcra başçısına bıçaqlı hücum xəbərinə kəskin reaksiya - "Lazımi tədbirlər görəcəyik”

img

16-10-2014 [20:28]


Gəncə şəhər İcra Hakimiyyətinin mətbuat xidməti bu şəhərin icra başçısı Elmar Vəliyevin bu gün Yevlaxın mərkəzində guya bıçaqlı hücuma məruz qalması haqda yayılan xəbərlə bağlı açıqlama verib. 

 Bu xəbərlə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Musavat.com-a verilən açıqlamada məlumatın tamamilə əsassız olduğu və belə bir hadisənin baş vermədiyi iddia olunur.  Açıqlamada qeyd edilir ki, prezident İlham Əliyevin Gəncəyə səfəri gözlənilir və belə bir ərəfədə Elmar Vəliyevin Yevlaxa, yaxud hansısa başqa qonşu  rayona getməsi mümkün deyil: 

"Cənab prezidentin Gəncəyə səfəri ərəfəsində heç bir belə hadisə baş verməyə-verməyə, bu cür məlumatın yayılması Elmar Vəliyevə qarşı təxribatdır. Elmar Vəliyev istər Gəncədə, istərsə də Yevlaxda olsun, hər zaman vətəndaşlarla çox normal davranıb və onlarla çox sakit danışıb. Buna görə də heç zaman belə bir hadisənin baş verməsi mümkün deyil.  Bu Elmar Vəliyevin Gəncədə gördüyü işləri, qazandığı uğurları sinirə bilməyənlərin təxribatıdır.  Belə məlumatı yayanlar gərək  ortaya konkret faktlar qoysunlar, bununla bağlı polislə dəqiqləşdirmə aparsınlar. Bunların heç biri yoxdur ortada. Buna görə də, biz bu yanlış və təxribat xarakterli məlumatın yayılmasına görə ölçü götürülməsi üçün lazımi tədbirlər görəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA