Rus raket gözətçi gəmilərinin komanda heyəti ilə görüşlər olub - FOTOLAR

img

16-10-2014 [20:20]


Bakıya rəsmi səfərə gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin komanda heyətinin şəhərimizdə görüşləri başlayıb.

Müdafiə Nazirliyinin rəsmi saytında verilən məlumata görə, nümayəndə heyəti Hərbi Dəniz Qüvvələri qərargahında, Səbail rayon İcra Hakimiyyətində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub, bir sıra görüşlər keçiriblər.

Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı I dərəcəli kapitan Şahin Məmmədov "Dağıstan" və "Qrad Sviyajsk" gəmilərinin Bakıya səfərə gəlməsinin ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavab olaraq yerinə yetirildiyini vurğulayıb.

Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov görüş zamanı Azərbaycanın, xüsusilə Silahlı Qüvvələrimizin inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb. İki ölkənin Silahlı Qüvvələrinin əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirən V.Smirnov bu sahədə dövlətlərimizin başçılarının rolunu xüsusilə qeyd edib.

Səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində tədris prosesi ilə tanış olacaq, dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.












Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA