ATU-ya amerikalı mütəxəssislər gəlib

img

16-10-2014 [18:00]


Oktyabrın 16-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Terapevtik Klinikasında terapiyanın aktual problemlərinə həsr olunmuş elmi-praktiki seminar öz işinə başlayıb.
ATU-nun mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edəcək seminarda ABŞ-ın tibb üzrə tanınmış mütəxəssisləri də iştirak edir.
Əvvəlcə universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək seminarın əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, bu qəbildən olan seminarlar rezidentlərlə yanaşı, həkimlərə də çox faydalıdır. Qeyd olunub ki, seminar xarici ölkələrdə terapiya sahəsində problemlərin həlli ilə bağlı təcrübəni öyrənməyə imkan verəcək.
Sonra Vaşinqton Hərbi Tibb Universitetinin professoru Susan Brunsel "Hiperlipidemiya” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə, həmçinin Cənubi Karolina Tibb Universitetinin professoru Jems Jonsonun "Qastroenteritlər” mövzusunda, Venderbilt Universitetinin professoru Villiam Meynardın "Ürək çatışmazlığı” mövzusunda, Ayova ştatının Tibb Universitetinin professoru Villiam Lautonun "Beynəlxalq hipertenziya protokolları” mövzusunda məruzələri dinlənib.
Amerikalı professorlar seminarın ikinci günündə də fərqli mövzularda məruzələr edəcək və iştirakçıların suallarını cavablandıracaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA