Oqtay Şirəliyevin işdən çıxardığı direktor Cahangir Əsgərovun baldızı çıxdı

img

16-10-2014 [16:39]


Səhiyyə Nazirliyi Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun rəhbərliyinin dəyişdirildiyi barədə xəbər vermişdik.

Səhiyyə naziri Oqtay Şirəliyevin bir müddət öncə imzaladığı əmrlə Faizə Əliyeva adıçəkilən institutun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən azad edilib. "Qafqazinfo" modern.az-a istinadən xəbər verir ki, Faizə Əliyevaın əmri çoxdan verilsə də, bu məlumat mətbuata dünən bildirilib.

Əməkdaşımıza o da məlum olub ki, Faizə Əliyeva daha bir vəzifədən azad olunub. Belə ki, o, Bakıdakı Puşkin küçəsində fəaliyyət göstərən Ailə Planlanması Mərkəzi klinikasının baş həkimi vəzifəsindən də çıxarılıb. F.Əliyevanın bu klinikadakı baş həkim vəzifəsindən çıxarıldığını mərkəzin işçiləri təsdiqləyiblər.

Rəsmi məlumatda Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru və respublikanın baş mama-ginekoloqu vəzifələrindən pensiya yaşı çatdığına görə azad edildiyi bildirilib.

Məlum olub ki, Faziə Əliyeva "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) sədri Cahangir Əsgərovun baldızıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA